Modern.az

“Ailə inkişaf planı” hazırlanacaq

“Ailə inkişaf planı” hazırlanacaq

Aktual

3 İyun 2020, 10:19

Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ailə inkişaf planı” hazırlanacaq.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, “Ailə inkişaf planı”nın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət uşaq müəssisələrinə verən ailələrə səfərlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanıb:

 

“Qiymətləndirmələr bu ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır.

 

Bu qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq “Ailə inkişaf planı” üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub”.

 

Rəsmi məlumata görə, qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 regional Ailələrə Dəstək Mərkəzinin, UNİCEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, “SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyasının “Bakı Ailələrə Dəstək Mərkəzi”nin sosial işçiləri cəlb edilib.

 

Onlara Nazirlik tərəfindən onlayn platforma vasitəsi ilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standarlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı