Arxiv
11 İyun 2020, 12:13 | MƏDƏNİYYƏT
Toysuz qalan şadlıq sarayları - Pandemiya pulu alan da var, almayan da...

Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. İki aydır ki, kiminsə evindən "Vağzalı" səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır. Belə ki, bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb. Düzdür, bu dövr ərzində sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma maraqlıdır şadlıq sarayının işçiləri - musiqiçilər, ofisiantlar və s. iki ay ərzində maaş ala bildilərmi? Yoxsa toy-nişan mərasimlərinin olmamamsı onları maaşsız qoydu?

 

Modern.az mövcud sual ətrafında paytaxtda yerləşən şadlıq sarayları arasında sorğu keçirib:

 

“Neptun” şadlıq sarayından iki ay ərzində yalnız mühafizə xidmətinə pul verildiyini bildirdilər:

 

“İqtisadiyyat Nazirliyinin xətti ilə bəzi işçilərə iki ay müddətində kompensasiya ödənildi. Şadlıq sarayının rəhbərliyi yalnız sarayı mühafizə edənlərə 3 ay ərzində pul ödəyib. Dövlət hər bir işçinin adına hesab açdı və pul həmin hesaba köçürüldü. İşçilərə verilən əməkhaqqı isə bizim Sosial Fonda ödədiyimiz məbləğə əsasən müyyən edildi. Bu məbləğ də hardasa 112-113 manat civarında oldu. Mart ayında bildirdilər ki, aprel və may ayı üçün onlara pul tam şəkildə ödəniləcək, amma aprel və may aylarında da mart ayında aldıqları məbləğ qədər pul aldılar”.

 

“Cıdır Düzü” şadlıq sarayı isə karantin müddətdində öz hesabları imkanına işçilərin maaşını ödəyib:

 

“Rəhbərlik tərəfindən işçilərin maaşı iki ay ərzində ödənilib. Amma dövlət tərəfindən də onlara hər hansı məbləğ ödənilib ya yox, onu bilmirik”.

 

“Pluton Hall” şadlıq sarayında isə işçilərə dövlət tərəfindən pul ayrılsa da, rəhbərliyə karantin müddətində hər hansı yardım edilməyib:

 

“Dövlət tərəfindən şadlıq sarayının işçilərinin bir qisminə aylıq olaraq 120-125 manat pul ödənilib. Amma şadlıq sarayının rəhbərliyi bu müddət ərzində hər hansı kompensasiya almayıb”.

 

“Gilavar” şadlıq sarayında işçilərə iki ay ərzində həm dövlət tərəfindən, həm də saray rəhbərliyi tərəfindən təzminat ödənilib:

 

“Dövlət tərəfindən müəyyən miqdarda məbləğ ayrıldı və rəhbərliyə təqdim edildi. Rəhbərlik də həmin məbləğin üstünü tamamlayıb işçilərə ödədi”.

 

“Su Sonası” şadlıq sarayı iki ay ərzində işçilərinin maaşını tam şəkildə ödəyib:

 

“İki ay ərzində işçilərin maaşı tam şəkildə ödənilib. Amma eyni zamanda ofisiant, sarayda təmizlik işinə baxan şəxslər dövlət tərəfindən də diqqətdən kənar qalmadı. Belə ki, iki ay ərzində əksər işçilərimizə müəyyən qədər maliyyə ayrılıb pul ödənildi”.

 

“Kolizey” şadlıq sarayı karantin müddətində adi aylardan fərqli olmayaraq işçilərinin maaşını tam ödəyib:

 

“İki ay ərzində kiminsə maaşı rəhbərlik tərəfindən yarımçıq şəkildə ödənilməyib. İstər xadimə, istər musiqiçi karantin müddəti ərzində maaşını tam olaraq alıb”.

 

 “Mega Palace” şadlıq sarayı daxili imkanlar hesbına işçilərinin aylıq maaşının yarısını ödəyib:

 

“İki ay ərzində işçilərimizin əməkhaqqısının yarısı dövlət tərəfindən ödənildi. Yerdə qalan məbləği isə rəhbərlik öz imianları hesabına həll etdi. Yəni karantin müddəti və toy olmamasına baxmayaraq, bütün işçilər bu dövr ərzində maaşlarını tam ala bilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28