Arxiv
19 İyun 2020, 10:47 | MƏDƏNİYYƏT
“Bəhram ECMO cihazına bağlandığından süni şəkildə yatızdırılır” - Son AÇIQLAMA

“Bəhram Bağırzadənin ECMO cihazında yaşam mücadiləsinin 5-ci günüdür. Məqsədimiz yaşamın davam etməsi üçün digər orqanların sağlamlığını təmin etmək, Bəhram müəllimin immun sistemini qaldırmaqla virusun ağciyərdə yaratdığı xəsarəti yox etməkdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin məsləhət və tövsiyələrinə uyğun şəkildə lazımi dərmanlar verilir. Amma xəstənin orqanizminin bu müalicəyə cavabının hansı şəkildə olacağını indidən demək çətindir”.


Bunu Modern.az saytına açıqlamasında "COVID-19" infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib


R.Mahmudov Bəhram Bağırzadənin əvvəlcədən ağciyərində problemlər olması fikrilə qətiyyən razılaşmayıb:


“Qətiyyən bu fikirlərin yayılması ilə razı deyiləm. İstənilən bir insanın ağciyərində, yaxud başqa orqanında özünün xəbəri olmadan problemi ola bilər. Amma 50 yaşlarında, sağlam həyat tərzi sürən, bir həftə əvvəl çəkilən rentgen müayinələri tamamilə sağlam olan bir insanın ağciyəri bir gecənin içərisində tamamilə yox olursa, buna tibbi nöqteyi-nəzərdən başqa ad qoymaq qəbul olunacaq həqiqət deyil. Bəhram Bağırzadənin ağciyərini sıradan çıxaran COVİD-19 virusudur, xəstəyə qoyulan diaqnoz budur və müalicəmiz də bu istiqamətdə gedir”.

 

Həkim həmçinin deyib ki, xəstə anlaqlı vəziyyətdə olsa da, ECMO cihazına bağlandığından davamlı olaraq süni şəkildə yatızdırılır:


“Müalicəyə uyğun olaraq ilk bir həftə ərzində yatızdırmaq göstərişi var”.

 

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.


Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.


Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan dilinin orfoepiya normaları təsdiq edildi 21 İyun 2021, 18:27 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15 Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...” 21 İyun 2021, 16:07 Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşünün TƏFƏRRÜATI 21 İyun 2021, 15:58
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?