Arxiv
25 İyun 2020, 14:06 | HADİSƏ
Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən YAXALANDI - VİDEO

Şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən silsilə tədbirlər davam etdirilməkdədir.

 

Belə ki, Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Modern.az xəbər verir ki, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb.

 

"Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir",-deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib..

 

Həmin görüntüləri təqdim edirik:

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28