Arxiv
26 İyun 2020, 10:28 | PARLAMENT
“Hər bir vətəndaşımızın ayağına dəyən daş mənim ürəyimə dəyir” - Eldar İbrahimov

“May ayından etibarən dalbadal verilən yumşaldılma qərarları bəzi vətəndaşlarımızda yenidən arxayınçılıq, məsuliyyətsizlik yaratdı. Çoxları “koronavirus yoxdur, bu, bir oyundur, yalandır” - deyərək, məsuliyyətsizlik, etinasızlıq göstərməyə başladı, tibbi maskalardan və qoruyucu əlcəklərdən istifadə etmədi, sosial məsafəni gözləmədi. Həm özlərinin, həm də yaxınlarının, başqalarının həyatlarını təhlükəyə atdılar”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov son günlər yoluxma hallarının çoxalmasından danışarkən deyib.

 

Deputat özünün qarşılaşdığı məsələyə də toxunub:

 

 “Özüm də bu cür halların dəfələrlə şahidi olmuşam. Bu yaxınlarda işdən evə gedərkən gözüm bir avtobusa sataşdı. Baxdım ki, avtobusdakı 20-yə yaxın sərnişindən cəmi ikisi-üçü maska taxıb, qalanları özlərini sanki heç nə olmamış kimi aparırdı. Bu mənzərə, eləcə də, qarşılaşdığım bunabənzər hadisələr bir insan, bir vətəndaş kimi, məni çox narahat etdi və bu gün də etməkdədir. Axı, bəzi insanlarımız niyə bu qədər məsuliyyətsizdirlər, niyə öz həyatları ilə bu qədər oynayırlar? Özlərini düşünmürlər, barı heç olmasa, başqalarını düşünsünlər? Nəyə görə, onların məsuliyyətsizliyindən kimlərsə zərər çəkməlidirlər? Niyə aylardır ev, ailə üzünə həsrət qalan, sağlamlıqlarını itirən həkimlərimizi, tibb işçilərimizi düşünmürlər? Niyə koronavirusa yoluxan və can çəkişən insanlarımızın nələr çəkdiklərini bir anlıq olsun belə göz önünə gətirmirlər? Niyə belə bir ağır şəraitdə dövlətimizin gördüyü işləri yerə vurmağa çalışırlar? Hesab edirəm ki, artıq bunlara yol verilə bilməz, verilməməlidir və verilməyəcək".

 

Eldar İbrahimov bu cür hallarla bağlı cərimələrin artırılmasının vacibliyini xüsusi qeyd edib:

 

“Hər bir insanımızın, hər bir vətəndaşımızın ayağına dəyən daş mənim qəlbimə, ürəyimə dəyir. Tam səmimi sözümdür. İstəməzdim ki, kimlərsə bu çətin və həssas dönəmdə çətinliklə üzləşsin, çərimələnsin. Amma məsuliyyətsiz insanların atdıqları addımlar və nəticədə yararanan mənzərə başqa çıxış yolu qoymur. Çıxış yolunu cərimələrin artırılmasında görürəm. Əgər zəhmət çəkib, 30 qəpik xərcləyib, tibbi maska alıb taxmırsa, əlcəkdən istifadə etmirsə, sosial məsafəni gözləmirsə, onda buyurub, zəhmət çəkib, cəriməsini ödəsin. Onda bəlkə ağıllanar, anlayar ki, belə bir addıma getmək olmaz. Bəli, cərimələrin miqdarının artırılması heç də pul yığmaq deyil, bu, sadəcə, bəzi insanları məsuliyətsizlikdən, özünün və başqalarını həyatını risqə atmaqdan çəkindirməkdir. Özünüz də görürsünüz ki, dövlət başçısı və birinci xanım hara gedirlərsə, hansı açılışda iştirak edirlərsə, xüsusilə, qapalı məkanlarda, maskalardan istifadə edir, sosial məsafəni gözləyir və bununla bir daha hər kəsə nümunə, örnək göstərirlər. Əgər dövlət başçısı və onun xanımı bunu edirsə, sıravi insanlar, sadə vətəndaşlar niyə etməsinlər? Dövlət başçısı Gəncədəki çıxışında haqlı olaraq dedi ki, əgər mən prezident kimi maskadan istifadə edirəmsə, vətəndaş niyə etməsin?!

“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”-deyə, ölkə Prezidenti bir daha hər kəsə çağırış etdi, eyni zamanda, nümunə göstərdi.

Dövlət başçımızın da dediyi kimi, gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Həmçinin, onun da vurğuladığı kimi, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Hər yerdə, sosial şəbəkələrdə, telekanallarda, mediada bu insanlar qınağa çəkilməlidir. Bu məsələdə ziyalılarımız, nüfuzlu insanlarımız önə çıxmalı, təşəbbüsü ələ almalı və maarifləndirmə, təbliğat işləri aparmalıdırlar. Eyni zamanda, insanlar arasında çaşqınlıq yaratmağa, sadəlövh insanları “koronavirus yoxdur” yalanlarına inandırmağa çalışan bəzi saytların cavabları verilməlidir. Onlar da qınaqdan öz paylarını almalıdır. Bununla yanaşı, qapalı yerlərdə maska taxmayana qarşı, qeyd etdiyim kimi, yüksək məbləğdə cərimələr tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş həmin insanı tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Onlara da əlavə problem yaratmaq, onları da vətəndaşlarla üz-üzə qoymaq lazım deyil. Əksinə, hər kəs onlara hörmətlə, ehtiramla yanaşmalıdır. Çünki onlar aylardır bizim hər mənada təhlükəsizliyimizin və sağlamlığımızın keşiyində dayanırlar. Fürsətdən istifadə edərək, onlara bir daha minnətdarlığımı ifadə edirəm. Son olaraq, bir daha qeyd etmək istəyirəm ki, əgər bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi üzündən yoluxma və ölüm hallarında artım davam edərsə, daha sərt addlmlara keçilməli, cərimələr daha da artırılmalı və ağırlaşdırılmalıdır. Çıxış yolu yalnız bundadır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28