Modern.az

Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək?

Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək?

Aktual

29 İyun 2020, 16:30

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə demək olar ki, hazırdı.

Modern.az-ın məlumatına görə, hələlik 3-cü “Jurnalist binası”nın açılış mərasiminin nə vaxt olacağı məlum deyil.

Bu arada sosial şəbəkələrdə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür.

Görünən odur ki, yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Onların arasında gənclər də, orta nəsildən olanlar da, ahıl jurnalistlər də, mediada çalışan texniki işçilər də var.

Hamını düşündürən “mənzillər hansı şərtlərlə veriləcək”, “3-cü bina Milli Mətbuat günündə paylanacaqmı” kimi suallara isə hələ ki heç kim cavab verə bilmir.

Məlumata görə, KİVDF-nin yaxın günlərdə 3-cü bina ilə bağlı məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır