Modern.az

İlham Əliyev türkmənistanlı həmkarına zəng vurdu

İlham Əliyev türkmənistanlı həmkarına zəng vurdu

Aktual

29 İyun 2020, 18:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

 

Prezidentin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

 

Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır