Modern.az

“Virus bitməyincə, heç birimiz bundan sığortalanmayacağıq” - Hikmət Hacıyev

“Virus bitməyincə, heç birimiz bundan sığortalanmayacağıq” - Hikmət Hacıyev

30 İyun 2020, 18:13

Dünyada koronaviruala bağlı vəziyyət ürəkaçan deyil. İndiyədək dünyada 10 milyondan çox insan bu virusa yoluxub, 500 mindən çox insan ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, koronavirusun ağır nəticələri hələ illər sonra qarşımıza çıxacaq:

 

"Dünyada elə fəlakətlər var ki, koronavirus onları üstələyir".

 

Onun sözlərinə görə, ən ciddi fəsad insanların həyat şərairində özünü göstərir:

 

"Koronavirus dünya şərairində müharibə kimi qəbul olunmalıdır. Bütün dünyada virus bitməyincə, heç birimiz bundan sığortalanmayacağıq. Müəyyən yumşalamalardan sonra yoluxmalar artır və ona görə də yenidən sərtləşdrilmələrə gedilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!