Modern.az

COVİD-19-a yoluxanlar xəstəliyini niyə gizlədir?

COVİD-19-a yoluxanlar xəstəliyini niyə gizlədir?

Aktual

30 İyun 2020, 18:54

"Bunu etiraf edək ki, bir çox vətəndaşlar COVİD-19-un əlamətlərini hiss edənə qədər onu başqalarına bildirməkdən çəkinirlər".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

Onun sözlərinə görə, belə şəxslər xəstəxanaya yerləşdiriləcəklərindən, planlaşdırdıqları işi görə bilməyəcəklərindən ehtiyat edirlər:

 

"Buna görə də bu xəstəliyi müəyyən müddət gizli saxlayırlar. Onlar özbaşına müalicə tədbirləri görür və müəyyən nəticə gözləyirlər. Nəzərə almalıyıq ki, koronavirusa yoluxma zamanı xəstənin vəziyyətinin dəyişməsi qısa zaman ərzində baş verə bilər. Bu əlamətləri görən kimi həkimə müraciət etməyi tövsiyə edərəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir