Arxiv
1 İyul 2020, 18:47 | AKTUAL
Vilayət Eyvazov yeni inzibati binaların AÇILIŞINDA

Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif xidmət sahələri üçün inşa edilmiş daha 3 yeni inzibati binanın açılışı olub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzinin, Nərimanov Rayon Mühafizə İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi üçün tikilmiş inzibati binaların açılışında general-polkovnik Vilayət Eyvazova məlumat verilib ki, binaların hər birində müasir standartlara uyğun zəruri avadanlıq, inventar, mərkəzi havalandırma, istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılıb, ərazilərində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

 

Tədbir iştirakçıları yeni binaların Növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki yorulmaz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

 

Vətəndaşlarımızın rahatlığına, onların nəqliyyat vasitələrinin vaxtında və keyfiyyətli müayinə edilməsinə şərait yaradacaq Qaradağ rayonu ərazisində inşa edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində minik avtomobilləri üçün 6, yük avtomobilləri üçün isə 2 müayinə xətləri yaradılıb. Müayinə xətləri yüksək dəqiqliklə diaqnostik xidmətlər aparılmasına imkan verən zəruri avadanlıqlarla təchiz olunub, avtoyuma və təmir boksları ilə təmin edilib.

 

Daxili İşlər naziri görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyyələrini verib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya bundan sonra da əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.

DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO) - Gallery Image DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO) - Gallery Image DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO) - Gallery Image DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO) - Gallery Image DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55 İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41 Prezidentin köməkçisi Qarabağın azərbaycanlı icması ilə görüşüb 3 Avqust 2020, 16:34 Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28