Modern.az

Lerikdə məktəb direktorunun müavini qəzada öldü

Lerikdə məktəb direktorunun müavini qəzada öldü

Aktual

3 İyul 2020, 00:27

Bu gün Lerik rayonunda ağır yol qəzasında ölən şəxslərdən biri müəllim imiş.

Modern.az xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T. Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir