Modern.az

Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi

Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi

Aktual

3 İyul 2020, 17:17

Türkiyənin Ali məhkəməsi İstanbuldakı Aya Sofya (Müqəddəs Sofiya) məbədinin statusunun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı əsasında dəyişdirilməsinə icazə verib. 

Modern.az xəbər verir ki, bununla yanaşı, Türkiyənin birinci prezidenti Mustafa Kamal Atatürkün 1934-cü ildə məbədə muzey statusu verilməsi qərarı da qüvvədə qalır. Lakin buna baxmayaraq, hazırkı dövlət rəhbəri məbədin statusunun dəyişdirilməsi məsələsində istədiyi qərarı verə bilər.

Əgər məbəd məscidə çevrilərsə, iyulun 15-də orada müsəlmanlar ilk dəfə kütləvi namaz qılacaqlar. Bu tarix Türkiyədə bir qrup hərbçinin ölkədə hakimiyyəti hərbi çevriliş edərək devirmək cəhdinin dördüncü ildönümünə təsadüf edir.

İyunun 5-də prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçiklərinə Aya Sofya məbədinin rəsmi olaraq məscidə çevrilməsi istiqamətində araşdırma aparmağı  tapşırmışdı.

Aya Sofya məbədi bizim eranın VI əsrində imperator Yustininanın qərarı əsasında tikilib. Türklər Konstantinopolu tutduqdan sonra onu məscidə çevirsələr də, 1935-ci ildə müasir Türk dövlətinin qurucusu Kamal Atatürk məbədə muzey statusu vermişdi.             

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü