Modern.az

Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu

Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu

12 İyul 2020, 22:04

Türkiyədə son sutka ərzində daha  19  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 363 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 45 232 nəfərdən 1 012-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  212 993 nəfərə çatıb. Müalicə olunan  1 298  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  194 515  nəfər koronavirusdan müalicə olunub".

Nazir qeyd edib ki, infeksiyaya ən yüksək yoluxma sayına görə  İstanbulla  Ankara yenə ilk sıradadır. Konya, Diyarbəkir və Bursa da ilk beşliyə daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?