Arxiv
14 İyul 2020, 20:40 | AKTUAL
Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik!

Moodern.az əslən Qarabağlı, 1995-2000-ci illərdə Azərbaycan Baş Prokurorluğunun İdarə rəisi, baş ədliyyə müşaviri İlham Məmmədovla müsahibəni təqdim etdir: 

 

- İyulun 13-də Rusiya siyasətinin, Kremlin əsas təbliğatçılarından biri Vladimir Solovyovun yutub kanalında Ermənistan təmsilçisi Arman Abovyanla Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri, millət vəkili Səməd Seyidov arasında kiçik bir internet debatı keçirildi. Erməni politoloqu utanmadan iddia edirdi ki, Ermənistan-Azərbaycan sərhədində təxribatı Azərbaycan tərəfi törədib, ilk atəş bizim tərəfimizdən açılıb. Bu iddiaya münasibətinizi öyrənmək istərdim?

 

- Əvvəla bu iddia deyil, iftiradır. İlk dəfə deyil ki, bizlər istər Ermənistanın rəsmi dairələrinin, istərsə də bu dairəyə yaxınlığı ilə seçilən erməni siyasətçilərinin yalan, böhtan və iftiraları ilə üzləşirik. Artıq 30 ilə yaxındır ki, tarixən Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən işğal olunub. Bu işğal faktı BMT, Avropa Şurası, Avropa Birliyi, İƏT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə rəsmi sənədlərdə təsdiq edilib. Bu sənədlər sıravi bəyanat, sadə kağız parçası deyil, rəsmi beynəlxalq-hüquqi aktlardır. Məgər bu 30 ildə Ermənistan bütün sivil dünyanın bəyan etdiyi həqiqəti etiraf edibmi?! Dünya dövlətləri, beynəlxalq qurumlar ermənilərin oxuyub başa düşməli olduğu dildə bəyan edirlər ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycan ərazisidir və həmin ərazilər Ermənistan tərəfindən işğal olunub. İşğalçı Ermənistan isə qırmızı-qırmızı, utanmadan dünyanın etiraf etdiyi həqiqəti həyasızcasına inkar edir. Bu həqiqətləri dünya ictimaiyyətinin gözü qarşısında keçirilən ilk ictimai debatda  - Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyev Paşinyanın üzünə açıq və sərt şəkildə dedi. Bilirsiniz, həmin debatda Ermənistanın baş naziri Paşinyan niyə kəkələyirdi? Təkcə ona görə yox ki, xarici-ingilis dilində sərbəst danışa bilmir. Ona görə ki, Prezidentimiz dünyanın qəbul etdiyi həqiqətləri onun üzünə hamının gözü önündə söyləyirdi. Özü də bu həqiqətlər təkcə beynəlxalq qurumların qəbul etdiyi sənədlərdən ibarət deyildi. Paşinyanın və onun timsalında erməni ictimaiyyətinin yaddaşı tarixi, təkzibolunmaz faktlarla silkələdilirdi, yaddaşları təzələnirdi. Kəkələməyin əsas səbəbi də bu idi. Bütün bunları nəyə görə bir daha yada saldım? Beynəlxalq hüquq, tarixi ədalət Azərbaycan tərəfində olduğu halda, nəyə görə hərbi əməliyyatlar tərəfimizdən Dağlıq Qarabağ istiqamətində deyil, Ermənistanla sərhəd bölgəsində başlanmalı idi? Dünya Ermənistanı işğalçı kimi tanıdığı halda, hansı səbəbdən Azərbaycan bilə-bilə həm ermənilərin, həm də dünyanın əlinə əsas verməli idi ki, biz də işğalla məşğuluq. Digər tərəfdən, Azərbaycana yaxşı məlumdur ki, işğalçı Ermənistanın ərazisində, Gümrüdə Rusiyanın-böyük bir dövlətin hərbi bazası yerləşir. O da ortadadır ki, Azərbaycandan fərqli olaraq Ermənistan əsasən Rusiyanın təsiri altında olan KTMT-nin üzvüdür. İşğalşı Ermənistan nə 30 il bundan əvvəl, nə də bu gün yalnız özünə güvənib işğal etdiyi torpaqları öz əlində saxlamır. Bütün bunlar təkzib olunmaz faktlardır. Onlar rəsmi İrəvana da yaxşı məlumdur. Məhz Paşinyana lazım idi ki, Azərbaycanla sərhəddə təxribat törətsin, KTMT-ni bura cəlb etsin. Təsadüfi deyil ki, Ermənistan bu təxribatı törətdikdən dərhal sonra həmin təşkilatın rəhbərliyinə rəsmi müraciət etdi. Lakin bu dəfə erməni hiyləsi baş tutmadı. Çünki prezident cənab İlham Əliyev KTMT-yə daxil olan ölkələrin, o cümlədən Rusiyanın dövlət başçıları ilə Paşinyandan fərqli olaraq ikibaşlı yox, dürüst və bərabərhüquqlu dövlət münasibətlərinin müəllifidir. Eyni zamanda, hər zaman olduğu kimi, xüsusi təşəkkürlər qardaş Türkiyənin sivil toplumunun və rəsmi dairələrinin payına düşür. 2016-cı ilin aprelində Ermənistanı silkələmiş döyüşlərdən sonra rəsmi İrəvan bir daha anlamış oldu ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, siyasi maraqlar üzərində yox, səmimiyyət və tarixi köklər üzərində qurulub. Ermənistanın son təxribatı nəticəsində şəhidlər verdik, yaralılarımız var. Şəhidlərimizə Allah rəhmət etsin, yaralılara şəfa diləyirəm. Amma onu da bilin ki, erməni rəsmiləri nə qədər öz xalqından gizlətməyə çalışsalar da, bizim şəhidlərin qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq. Aprel döyüşlərində də gizlədirdilər. Övladının yolunu gözləyən erməni əsgər anası da balasını Paşinyandan mütləq istəyəcək, onun törətdiyi təxribatın məsuliyyətini tələb edəcək, bunun geci-tezi var.

 

 

- Həmin debatda V.Solovyov özünəməxsus hədə ritorikasından da istifadə etdi. Açıq şəkildə bildirdi ki, Moskva hər zaman Ermənistanın yanında olacaq. Bu hədəni necə başa düşək?

 

- Dediyiniz debatı izləmişəm. Etiraf etməliyik ki, V.Solovyov peşəkar jurnalistdir. Lakin həmin debatda onun özü də etiraf etdi ki, o, heç vaxt ermənipərəst mövqeyini gizlətməyib, bu gün də belədir. Başqa sözlə, onun bu debatdakı mövqeyi obyektiv jurnalistikaya yox, şəxsi rəğbətinə, tərəfkeşliyinə söykənirdi. Düşünürəm ki, rəsmi Moskvanın, KTMT-nin mövqeyi bugünkü kimi yox fərqli olsaydı, o rəğbət özünü daha çox biruzə verərdi. Türkiyə rəsmilərinin birmənalı bəyanatları da həmin rəğbətin körüklənməsinə imkan vermirdi. Əminəm ki, istər ermənilərə rəğbəti olanlar, istərsə də Ermənistanın yanında olanlar iyulun 12-dən 13-nə keçən gecə istər qərb bölgəsində, istərsə də Bakıda mülki əhalinin Qarabağla bağlı qətiyyətini, arzu və istəklərini müşahidə edə bildilər. Solovyovun özünün də erməni qonağını başa saldığı kimi Azərbaycan ordusu 30 il əvvəlki ordu deyil. Onun özünün də etiraf etdiyi kimi, Azərbaycan ordusunun bugünkü hərbi təchizatı və döyüş hazırlığı özünü 2016-cı ilin aprelində bir dəfə göstərib. Bu da V.Solovyovun rəğbət göstərdiyi erməni auditoriyasına məcburən etiraf etməli olduğu açıq mesajı idi. İşğalçı Ermənistan bilməlidir ki, Qarabağ onların işğalından mütləq azad ediləcək. Bunun üçün Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin iradəsi, Silahlı qüvvələrimizin qələbə əzmi yetərincədir. Sülh yolu ilə haqqa gəlməyənləri başqa cür başa salmaqdan savayı yolumuz qalmır. Seçimi də işğalçı son təxribatı ilə artıq edib və bununla da bizə başqa seçim etməyə imkan saxlamır. Ona görə də fürsətdən istiafdə edib cənab Prezidentə, Ali Baş Komandana müraciət edirəm. Bir Azərbaycan vətəndaşı kimi doğmalarımla birgə əmrinizə hazırıq, Sizin yanınızdayıq, Qarabağın azadlığı uğrunda həlledici döyüşə hazırıq. Haqq xalqımızın, dövlətimizin yanındadır. Ona görə də qələbə mütləq bizimdir. Azərbaycanın süverenliyi Qarabağın işğaldan azad olunmasını tələb edir. Qüruru əzilə-əzilə yaşamaqdansa, qürurlu Qarabağımızda, Müstəqil Azərbaycanımızda törəmələrimizin şərəflə yaşaması naminə öldürməyə və ölməyə hazırıq.

Bilirik ki, bu, Sizin də amalınızdır. Tarix yazmaq zamanıdır. Allah Xalqımıza, Dövlətimizə, Ordumuza yar olsun!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15