Arxiv
14 İyul 2020, 19:54 | DİASPOR
Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir  

Mərkəzi Asiya ölkələrində yaşayan onlarla soydaşımız iyulun 14-də  Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi videokonfransa qatılıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi təxribata münasibət bildiriblər.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımıza ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində işğalçı Ermənistanın silahlı qüvvələrinin törətdikləri hərbi təxribatla bağlı geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Daha sonra Azərbaycan ordusunun cavab atəşi nəticəsində düşmən də itkilər verib.

 

Videokonfransda hadisələr zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tovuz cəbhəsində baş verənlərdən kədərləndiklərini bildirən soydaşlarımız birmənalı şəkildə deyiblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımları dəstəkləyirlər. Təcavüzkar Ermənistanı kəskin şəkildə qınayan və şəhid ailələrinə dərin hüznlə başsağlığı verən həmvətənlərimiz qeyd ediblər ki, tarixi Vətənlərinin ərazi bütövlüyünün beynəlxalq qanun normalarına uyğun olaraq dinc yolla və ədalətli şəkildə həllinin tərəfdarı olsalar da, Ali Baş Komandanın əmri ilə bu yolda atılacaq bütün addımlara, o cümlədən Tovuz cəbhəsində vuruşmağa da hazırdırlar.

 

Sonra Dövlət Komitəsinin sədri COVID-19 pandemiyası dövründə görülən işlərdən, Mərkəzi Asiya ölkələrində müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımıza göstərilən maddi və mənəvi dəstəkdən, aztəminatlı soydaşlarımızın qarşılaşdıqları problemlərlə hər zaman maraqlanaraq, onların həlli istiqamətində atılan addımlardan danışıb. Bu mərhələdə Koordinasiya Şuralarının və soydaşlarımızım sığınacaq yerlərinə çevrilmiş Azərbaycan Evlərinin fasiləsiz olaraq 24 saat ərzində fəaliyyət göstərdikləri, diaspor təşkilatlarının Azərbaycan Səfirlikləri ilə əlaqəli şəkildə çalışdıqları nəzərə çatdırılıb.

 

Müzakirələr zamanı tədbir iştirakçıları deyiblər ki, Dövlət Komitəsinin soydaşlarımıza münasibətindən çox razıdırlar. Pandemiya dönəmində birlik və həmrəylik göstərməyə, çətinliklə üzləşənlərin problemlərinin həlli, xəstəliyə yoluxanların müalicə olunması üçün bütün addımların atılmasına çalışdıqlarını vurğulayan soydaşlarımız Mərkəzi Asiya ölkələrində Azərbaycan məktəblərinin açılması, Azərbaycan dilinin və tarixinin öyrənilməsi, "Azərbaycan dili" dərsliklərinə böyük ehtiyac olması, əlaqələrin daha da genişləndirilməsi və sair barədə təkliflər irəli sürüblər. 

 

Komitə sədri xaricdə yaşayan soydaşlarımız üçün nəşr olunan "Azərbaycan dili" dərsliyini nümayiş etdirib və Mərkəzi Asiya ölkələrinə bu dərsliklərin göndəriləcəyini deyib.

 

Qazaxıstanda yaşayan soydaşımız, qocaman heykəltaraş Vaqif Rəhmanov bu cür videogörüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb və davamlı olmasının məqsədəuyğun olduğunu deyib. "Hər gün bu qədər azərbaycanlı görsəm, xoşbəxt olaram, ömrüm uzun olar, ürəyim dağa dönər" - deyə soydaşımız sevincini ifadə edib.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27