Modern.az

“Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI

“Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI

Aktual

16 İyul 2020, 17:40

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 17-nə olan cədvəli təqdim edilib.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcəkdir.

 

“Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

 

Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır