Arxiv
20 İyul 2020, 08:36 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Gəray bəyin qızı - Sənət dostlarının itirdiyi AKTRİSA

Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilmiş  “Yeddi oğul istərəm” filmi yeni bir cəmiyyət yaratmaq uğrunda mübarizə aparanlarla köhnə cəmiyyətin silahlı nümayəndələri arasında gedən qanlı mübarizədən bəhs edir.
Tərəflərdən birini Bəxtiyar və onun komsomol dəstəsi, digərini isə Gəray bəy və köhnə quruluşun tərəfdarları təmsil edir. Lakin filmdə baş verən hadisələr bu iki tərəfin apardığı ölüm-dirim savaşları ilə məhdudlaşmır. Komsomolçu Cəlalla Gəray bəyin qızı Humayın qarşılıqlı məhəbbəti də filmin əsas süjet xəttini təşkil edir.
Humay öz kökünə, adət-ənənələrə möhkəm tellərlə bağlıdır. O, əmisi oğlu Cəlalı böyük bir məhəbbətlə sevir, lakin atasının razılığı və xeyir-duası olmadan ailə qurmaq istəmir. Buna görə də Cəlalın qoşulub qaçmaq barədə təklifini də qəbul etmir.

Bu yazımızda biz “Yeddi oğul istərəm” filmindəki Humaydan bəhs edəcəyik. Daha doğrusu, Humay obrazını yaratmış aktrisadan. 

Elə aktyor və aktrisalar da var ki, yaratdığı tək bir obrazla kino aləmində dərin iz buraxıb. Belə aktrisalardan biri də Humay rolunun ifaçısı Zemfira İsmayılovadır...


Beləliklə, Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə aktrisa Zemfira İsmayılovaya həsr olunur.

Çoxumuz onu “Yeddi oğul istərəm” filmindəki Gəray bəyin qızı Humay obrazı ilə tanıyırıq. Gənc və gözəl aktrisa bu filmdən əvvəl də səhnədə yer alıb, amma kino tarixində məhz Humay obrazı ilə yadda qalıb...


Filmdə təsirli bir səhnə var: Humayın döyülmə anı... O, atasına qarşı mübarizə aparan komsomol Cəlalın deyiklisidir. Cəlalı Humayın atası, sovet quruluşunun düşməni Gəray bəy öldürtdürür. Komsomolçu Bəxtiyar isə əqidə yoldaşı Cəlalın ölümündə Humayı günahkar bilərək, onu amansızcasına döyür.
Aktrisa Zemfira İsmayılova bu təsirli səhnədə və digər epizodlarda məharətlə çıxış edir... Həmin səhnənin sonunda Humayıb Bəxtiyara “babamınn qanını sənə halal edirəm” deyib hadisə yerindən uzaqlaşaraq kiçik nöqtəyə çevrilir, ölüb-ölmədiyi belə bilinmir.

Zemfira İsmayılovanın həyatı ilə bağlı hər hansı bir informasiya mənbəyi yoxdur. Lakin əldə etdiyimiz məlumata görə, aktrisa Bakıda dünyaya gəlib və elə bu şəhərdə təhsil alıb, işləyib.


Onun kinoya ilk gəlişi “Dəli Kür” filmi ilə olub. Zemfira İsmayılova bu filmdə “Pakizə” rolunu canlandırıb. Sonralar “Sevil” (Gülüş), “Yeddi oğul istərəm” (Humay), “Ən vacib müsahibə” (neftçi), “Gilas ağacı” (Sadıqın anası), “Həyat, sən kiminsən?” (Məleykə), “Bizim küçənin oğlanları” (Gülyaz), “İşgüzar səfər” (Roza)  filmlərdə müxtəlif dərəcəli rolları ifa edib.


Aktrisa ilə bağlı apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Zemfira İsmayılova kino aləmindən ailə qurduqdan sonra, həyat yoldaşının təkidi ilə gedib. Demək olar ki, səhnədən uzaqlaşması ilə bütün sənət yoldaşlarından, ictimaiyyətdən də uzaqlaşıb. Çünki aktrisanın kinodan sonrakı həyatı haqqında demək olar ki, kimsə hər hansı bilgiyə sahib deyil...


Zemfira İsmayılova haqqında xatirələrini həmkarları bizimlə bölüşüb:

 


“Pərəstişkarları, ona vurğun olanlar az deyildi...”

 “Yeddi oğul istərəm” filmində Humayın sevgilisi olmuş Cəlal obrazının ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov Zemfira İsmayılovanın yaxın dostlarından biri olub. O, Zemfira xanımın yaxın dostlarından olsa da, maraqlıdır ki, aktrisanın ailəsi haqqında dostluq etdikləri müddətdə bir kəlmə belə eşitməyib:

 

“Mən kinostudiyada çalışanda Zemfira xanım hələ cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş edirdi.

Onun Musabəyov küçəsində birotaqlı evi var idi. Onda mən, İntiqam adlı bir redaktor dostumuz və Zemfira xanım həmin evdə  yığışıb söhbətləşərdik, filmləri müzakirə edərdik. Zemfiranın ailəsi haqqında isə heç nə bilmirdik, çünki heç özü də bu mövzuda danışmağı sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi. Çayı, kofesi, bir də dadlı tortu süfrədən heç əskik olmazdı. Adamı evində elə ürəklə qarşılayırdı ki... Yəqin bu da tək yaşamağından irəli gələn məsələ idi. Həm də o, hamını özünə yaxın buraxmazdı, amma sevdiyi adamları da həqiqətən sevirdi.

Heç vaxt görmədim ki, Zemfira hansısa rola iddia irəli sürsün. Yəni nə film, nə rol desən razılaşıb oynayardı. Çünki o kinonu çox sevirdi, səhnəyə vurğun idi. Onun pərəstişkarları, arxasıyca gəlib-gedənlər də az deyildi. Çünki çox gözəl xanım idi.

İlk dəfə  “Yeddi oğul istərəm” filmində tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da 1 ya 2 dəfə görüşə bildik. Bir də xəbər tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir...”.

 


“Hamımız onu “Güləyən qız” çağırırdıq...”

 

Xalq artisti, kinorejissor Əbdül Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub. Rejissorun sözlərinə görə, Zemfira İsmayılova kinodan tez getməsəydi, bu sahədə hələ çox uğur əldə edəcəkdi:

“Adil İsgəndərov o vaxt kinostudiyaya rəhbər gələndə milli kadrların işə cəlb olunmasında böyük rol oynadı. Yəni onadək kinostudiyanın çoxu rusdilli adamlardan ibarət idi. Adil İsgəndərov kinostudiyanın nəzdində rejissorluq, ssenaristlik və aktyorluq üzrə milli kadrların işə cəlb olunması üçün 3 illik kinoaktyor studiyası açdı. Mən də orda dərs keçən pedaqoqlardan biri idim. Zemfira İsmayılova da o kursda ilk buraxılış qruplarından birində olub və tanışlığımız da elə baş tutub. Oxuduğu qrupda baxımlı və gözəl xanımlardan biri olduğuna görə elə ilk kursdan rejissorların diqqətini özünə çəkə bilmişdi. Qısa müddətdə də çox sürətlə filmlərə çəkilməyə, uğur qazanmağa başladı”.


Müsahibimiz deyir ki, iki filmdə Zemfira İsmayılova ilə bərabər çalışıb:

“Həqiqətən də o çox şirindilli, istiqanlı qız idi. Zarafatı deyib-gülməyi də çox  sevirdi. Boşuna ona “Güləyən qız” adını qoymamışdıq. Ən adi zarafata belə ürəkdən gülürdü. Bəzən iş rejimi çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı danışdırıb güldürürdük, inanın bütün kollektivin kefini aça bilirdi.

Kinostudiyada kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib poliqrafiya üzrə təhsil aldı. Ondan sonra Azərbaycana qayıdıb “İşıq” nəşriyyatında işlədi. O dövrün kitablarının bir çoxunun redaktə olunmasında onun rolu böyükdür. Lakin çox təəssüf olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə uzaqlaşdırdı.

Zemfira İsmayılovanın ailə həyatı da uğursuz olub. Evlənəndən sonra həyat yoldaşı kino aləmindən- səhnədən uzaqlaşmasını istədi, o da buna qarşı getmədi.

Baxmayaraq ki, kino sahəsində çox az müddət qaldı, amma çalışdığı müddətdə mükafat da aldı...”.

 


“Baş rolda oynamasına baxmayaraq qürrələnmirdi, yeri gələndə kollektivin hamısına qulluq edirdi...”

Azərbaycanın xalq artisti Tariyel Qasımov da bir ekran əsərində - “Həyat sən kiminsən?” adlı filmində Zemfira İsmayılova ilə tərəf müqabili olub. Tariel Qasımovun sözlərinə görə, aktrisa kino kollektivinin hamısına qısa müddətdə özünü sevdirə bilmişdi:

 

“1972-ci ildə televiziya yaradıcılıq birliyi ilk çəkdiyi  “Həyat sən kiminsən?” adlı filmə baş rolda oynamaq üçün məni və Zemfira İsmayılovanı dəvət etdi. Film Nabranda çəkildiyi üçün 1 ay orda qalmalı olduq. Elə demək olar ki, Zemfira İsmayılova ilə ilk tanışlığım da o filmdə olmuşdu. Çox təmizkar, özünəbaxımlı və mehriban qadın idi. Baxmayaraq ki, bu filmdən əvvvəl “Yeddi oğul istərəm” filmində Humay obrazını oynamışdı, amma qətiyyən özünü dartmırdı, qürrələnmirdi.  Hətta deyərdim ki, yeri gələndə kollektivdə hamıya çay süzüb qulluq da edirdi. Kollektivdə hər kəslə xoş münasibəti var idi. Kimsə deyə bilməzdi ki, Zemfira İsmayılova ona qarşı pis olub.

Özü şəhər qızı idi, çox ziyalı idi. Zamanın tələbinə görə həmişə zövqlü geyinərdi. Çox təəssüf edirəm ki, kinodan gedəndən sonra əlaqəmiz olmadı. Ümumiyyətlə, bu illər ərzində kimsə onun haqda nəsə deməyib mənə. Sağ olub-olmadığını belə bilmirəm”.

Biz də Zemfira İsmayılovanın hazırda həyatda olub-olmadığnı dəqiqləşdirə bilmədik. Əlaqə saxladığımız sənət adamlarından kimsə onun vəfat etdiyini, başqa biri İsrailə köçüb getdiyini söylədi. Hətta evləndikdən sonra övladı olmadığını deyənlər də tapıldı... Amma dəqiq məlumat söyləyən olmadı...

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gömrükdə 21 kq narkotik aşkarlandı - VİDEO 25 Yanvar 2021, 18:14 Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı 25 Yanvar 2021, 18:05 250 qırqovul vəhşi təbiətə buraxıldı 25 Yanvar 2021, 17:58 Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı 25 Yanvar 2021, 17:52 Ombudsmanın nümayəndəsi həbsdəki jurnalistlə görüşdü 25 Yanvar 2021, 17:46 İstanbulda İNSİDENT: 3 Rusiya vətəndaşı bıçaqlandı 25 Yanvar 2021, 17:40 Qafqazda yeni nizamın arxitektoru: Azərbaycan - TƏHLİL 25 Yanvar 2021, 17:35 Putin Davos forumunda bu tarixdə çıxış edəcək – AÇIQLAMA 25 Yanvar 2021, 17:29 MEDIA silsilə təbirlərə başladı - Hikmət Hacıyev ustad dərsi verdi 25 Yanvar 2021, 17:23 Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi 25 Yanvar 2021, 17:17 Ceyhun Bayramov - Cavad Zərif görüşünün təfərrüatları AÇIQLANDI 25 Yanvar 2021, 17:11 “Azərişıq” və “Azəriqaz” arasında memorandum imzalandı 25 Yanvar 2021, 17:05 Füzulinin Kürdlər kəndi - VİDEO 25 Yanvar 2021, 17:00 Gənc ailələrin sosial vəziyyəti müzakirə olunacaq 25 Yanvar 2021, 16:54 Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır... 25 Yanvar 2021, 16:48 Bayraq sancarkən şəhid olan bölük komandiri - FOTOLAR 25 Yanvar 2021, 16:43 ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı 25 Yanvar 2021, 16:38 Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH 25 Yanvar 2021, 16:32 Şəhid ailələri və qazilər 5 ilə mənzillə təmin olunacaqlar - RƏSMİ 25 Yanvar 2021, 16:29 “Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq 25 Yanvar 2021, 16:23 Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir - FOTO 25 Yanvar 2021, 16:17 Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə müraciət - VİDEO 25 Yanvar 2021, 16:11 Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil” 25 Yanvar 2021, 16:05 Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı 25 Yanvar 2021, 16:04 AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi 25 Yanvar 2021, 15:58 İranın nüvə proqramı təhlükədirmi?.. - TƏHLİL 25 Yanvar 2021, 15:52 Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi 25 Yanvar 2021, 15:47 30 prokurorluq işçisi CƏZALANDIRILIB 25 Yanvar 2021, 15:42 Lavrovla Zərif Qarabağı müzakirə edəcək 25 Yanvar 2021, 15:36 Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı 25 Yanvar 2021, 15:30 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Öldürülən dənizçinin cənazəsi tezliklə Azərbaycana göndəriləcək - Çavuşoğlu 25 Yanvar 2021, 15:16 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Naftalanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb - FOTO 25 Yanvar 2021, 15:06