Arxiv
27 İyul 2020, 15:25 | AKTUAL
Səməd Seyidov Məmmədyarovdan narazıymış: “Nöqsanlar araşdırılmalıdır”

Bu yaxınlarda Prezident İlham Əliyev diplomatik korpusda müəyən boşluqların olduğunu bildirərərk, bəzi səfirliklilərin işindən narazı olduğunu dilə gətirmişdi.

Ölkə başçısı bu səbəblə xarici nümayəndəliklərin işininin ciddi təhlil edilməli olduğunu diqqətə çatdırıb.

Bəs diplomatik nümayəndəliklərdə, səfirliklərdə problemlərə, işin düzgün təşkil edilməməsinə səbəb nədir? Bu problemdən çıxış yolu var?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov problemdən çıxış yolu kimi Xarici İşlər Nazirliyinin bütöv tərkibində ciddi islahatların aparılmalı olduğunu bildirb:

 

“Xarici İşlər Nazirliyinin sistemində bir çox məsələlər çoxdan öz həllini gözləyirdi. Heç də təsadüf deyildi ki, bu yaxınlarda rəhbərlik dəyişdi, yeni şöbə müdirləri, yeni simalar gəldi. Bu istiqamətdə əminəm ki, islahatlar daha geniş və dərin aparılacaq. İndi Azərbaycanın beynəlxalq səviyyədə yeri tamam başqa müstəvidədir. Bu nöqteyi-nəzərdən Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatını və konsulluqları, səfirlikləri ayırmaq qəti düzgün deyil. Yəni bu bütöv canlı orqanizmdir  və orqanizmin içərisində ciddi dəyişikliklər, islahatlar aparılmalıdır. Yəni tək Mərkəzi Aparatda yox, səfirliklərdə, nümayəndəliklərdə, konsulluqlarda aktivlik olmalıdır. Onlar fəal olmaqla Azərbaycanın maraqlarını yüksək səviyyədə müdafiə etməlidirlər”.

 

Deputat sentyabr-oktyabr aylarından sonra səfirlik və xarici ölkələrdəki nümayəndəliklərdə problemlərin aradan qalxacağını düşünür:


“Prezident yeni Xarici İşlər naziri təyin edəndə səfirlik və nümayəndəliklərlə bağlı xeyli tənqidi fikirlər bildirdi. Bu nöqsanlar ciddi şəkildə araşdırılmalıdır. Prezident heç bir sözü boşuna demir və bu fikirlərin arxasında müəyyən məqamlar var. Əminəm ki, biz yaxın zamanlarda bu iradların nəticəsini görəcəyik. Amma bu nəticəni də görməyə tələsməməliyik. Çünki Xarici İşlər Nazirliyi xüsusi bir orqandır və burda düşünülmüş, məntiqli və milli maraqlarımıza uyğun addımların atılması zəruriliyi var. Bu ilin sentyabr-oktyabr aylarından sonra həm səfirliklərdə, həm də Mərkəzi Aparatda ciddi dəyişikliklərin olacağını düşünürəm. Bundan əvvəlki Xarici İşlər nazirinin fəaliyyəti məni qane etməyib və bunu Milli Məclisdə çıxışlarım zamanı da bildirmişəm. Amma indi vəziyyət fərqlidir. Xarici İşlər nazirinin gənc və yüksək savada malik olması məni bundan sonra müsbət nəticələr əldə edəcəyimizə inandırır. Bu tək mənim inamım deyil, bütün xalqın inam və gözləntisidir. Hər şey ümumi məsuliyyətin bölüşdürülməsindən gedir. Biz Mərkəzi Aparatda məsuliyyətsizlik, qanunun pozuntularını gördüksə demək ki, əvvəldən əlaqələr düzgün təşkil olunmamışdı, məsuliyyət düzgün bölüşdürülməmişdi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Hava proqnozu 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20 Bakıda gənc yol qəzasında xəsarət aldı 11 Aprel 2021, 09:13 Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi 11 Aprel 2021, 09:07 BƏƏ kosmosa qadın göndərəcək 11 Aprel 2021, 09:00 Samuxda nişan mərasimi keçirənlər cərimələndi 11 Aprel 2021, 08:53 "El-Klassiko"nun qalibi məlum oldu 11 Aprel 2021, 01:00