Modern.az

Bakıda avtomobil 13 yaşlı qızı vurdu

Bakıda avtomobil 13 yaşlı qızı vurdu

1 Avqust 2020, 21:20

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Bəkirova Gülcamal Timur qızını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.Bəkirovaya sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq