Arxiv
3 Avqust 2020, 10:06 | AKTUAL
Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub.

Hadisənin  baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12 Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2020, 16:09