Modern.az

Nazir: “İqtisadiyyatımıza təhlükələr var”

Nazir: “İqtisadiyyatımıza təhlükələr var”

5 Avqust 2020, 11:50

“2020-ci ilin ikinci yarımili üçün iqtisadiyyata müəyyən təhlükələr var”. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu təhlükələr əsasən gəlirlərin azalması ilə bağlıdır.

“Gəlirlər ona görə azalır ki, büdcəyə mədaxilin vəsaiti azalır”.

Nazir həmçinin vurğulayıb ki, hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır.


S.Şərifov deyib ki, dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyası səbəbindən yaranmış neqativ iqtisadi proseslərin dərinləşməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Nazir bildirib ki, qarşıda duran təhlükələr var və bu da əsasən dövlət büdcəsinin gəlirlərinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neft sektorundan əldə olunan mənfəət vergisi və gömrük rüsumlarının azalması proqnozlaşdırılır. Nazir qeyd edib ki, ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir. S.Şərofov əlavə edib ki, Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır.

S.Şərifov bildirib ki, bu baxımdan dövlət büdcəsinə müvafiq dəyişikliklər edilir ki, kifayət qədər çevik maliyyə buferi yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alına bilsin.

Nazir vurğulayıb ki, yaranmış vəziyyətdə dövlət xərclərin azaldılması deyil, bir qədər artırılmalısnı nəzrdə tutur ki, mənfi proseslərin qarşısı alınsın.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?