Arxiv
8 Avqust 2020, 17:28 | DİASPOR
Ermənistanda “yəhudilərə ölüm” ÇAĞIRIŞI – Azərbaycanlılar yəhudilərin müdafiəsinə qalxdı - MÖVQE

Erməni fitnəsi bu dəfə yəhudilərə ünvanlanıb. Belə ki, onlar İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə "Yahudilərə ölüm" yazıb, svastika çəkiblər. Ermənistan Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyan "bu, erməni xalqının Azərbaycana silah satan İsrailə etirazıdır", - deyə bildirib.

 

Modern.az xəbər verir ki, ermənilərin bu barbarlığı Azərbaycan ictimaiyyətində də narazılıqla qarşılanıb.

Parlament Jurnalistlər Birliyinin sədri,  Modern.az İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlı  bildirib ki, son zamanlar Ermənistan bir çox ölkə ilə bütün sahələrdə diplomatik münasibətlərini sıfıra endirir:

“Bu da onunla əlaqədardır ki, dünya Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan torpaqlarını mənimsəməsini və bu durumun bəşəriyyətə təhlükə olduğunu dərk edir. Bir müddət öncə Tovuz hadisələri baş verəndə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların dinc, sivil aksiyaları baş tutdu. Erməni diasporu isə bu aksiyalar zamanı işğal etdikləri Azərbaycan ərazilərində, Xocalıda hansı zorakılıqları törədiblərsə, o formada, barbar şəkildə həmin sivil aksiyalara qarşı mübarizəyə başladı. Bu da onu göstərir ki, artıq erməni diasporu Azərbaycan diasporu ilə sivil qaydada danışa bilmir, özlərinə uyğun şəkildə zorakılıq yoluna əl atıblar.

Hesab edirəm ki, bu proseslərdə bir əlaqə var. Artıq dünya azərbaycanlıları ayağa qalxır, dünyanın hər bir ölkəsində dövlətlərin qayda qanunlarına əməl etməklə dinc aksiya keçirirlər, öz dərdlərini, Azərbaycanın problemlərini dünyaya çatdırırlar. Bundan sonra isə həmin dövlətlər haqqa uyğun şəkildə Ermənistanın işğalçılıq siyasətinə qarşı fikirlər səsləndirirlər. Düzdür, dünya hələ də Qarabağ məsələsinə ikili standartlarla yanaşır, sadəcə bəyanatlarla kifayətlənir. Bu isə bizim istədiyimiz şəkildə ədalətin bərpa olunması demək deyil. Azərbaycanlıların fəal olduğu ölkələr sırasında Ukrayna, İsrail, Türkiyə, Rusiyanın bəzi dairələri, Şərqi Avropa ölkələri, digər dövlətlər var. Deməli, bu cür hallarda Ermənistan diasporu hansı addımlara əl atırdısa, indi Ermənistan dövləti də buna gedir. Bütün dünya yəhudilərə qarşı olan soyqırımı qəbul edib, bu təsdiq edilib. Erməni faşizmi görün hansı şəkildədirsə, faşistlərin addımlarını təkrarlayırlar. Yəhudi soyqırımını dünyaya çatdıran abidənin üzərinə “yəhudilərə ölüm” yazırlar. Bu tək yəhudilərə deyil, dünyaya, insanlığa qarşı çıxışdır”.

 

  • Eyvazlı hesab edir ki, bu məsələni daha çox ictimailəşdirməli, dünyanın ayrı-ayrı ölkələrində diqqətə çatdırmalıyıq:
  • “Ermənilər artıq iç üzlərini göstərirlər. Dünya azərbaycanlılarının Tovuz döyüşləri zamanı fəallığı ermənilərin iç üzünü açdı. Biz erməniləri pisləyir, “onlara ar olsun” deyirik. Bu insanlığa sığmayan bir addımdır, barbarlıqdır. Lənətləyirik. Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə hücum edənlər özlərinin soyqırım törətdiklərini təsdiqləyirlər. Həmin məsələ ilə bağlı müxtəlif təsisatlara müraciətlər də etməliyik”.

     

    Milli Məclisin Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü Asim Mollazadə isə xatırladıb ki, araşdırmalara görə, dünyada ən sərt antisemitizm məhz Ermənistanda yayılıb:

    “Ermənistanın beynəlxalq yəhudi konqresinin Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyandır. Sonuncu Ermənistanda yaşayan yəhudinin arvadı olmuş erməni qadındır.

    Ermənilərin faşist işarələrini yəhudi məzarlarına qazımaları göstərir ki, faşizm üçün qulluq edən erməni qatilləri bu ideologiyanı indi də davam etdirirlər. Faşistlərin törətdiyi əməlləri təbliğ edən ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində, Xocalı soyqırımında əsl mahiyyətlərini nümayiş etdiriblər. Təsadüfi deyil ki, nifrətlə yaşayan Ermənistan bu gün yəhudilərə hücum edir. Ermənistanda faşist ideologiyası təəssüf ki, aparıcı fikrə çevrilib.

    Mənə elə gəlir ki, Azərbaycan yəhudilərlə qardaşlıqda yaşayan xalq kimi belə bir nifrətin olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Çünki antisemitizm, nifrət ümumilikdə insanlığa qarşı cinayətdir”.

     

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan hökuməti və erməni lobbisi hər zaman belə iyrənc işlərlə məşğuldur:

    “Azərbaycan və Türkiyə bayraqlarına qarşı da vaxtaşırı bu cür iyrənc hərəkətlərini görürük. İrəvanda Türk sərkərdəsinə qarşı abidə qoyublar. İndi isə yəhudi qəbirsanlığına hücum edirlər. Ermənistan uzun müddətdir ki, İsrail-Azərbaycan əməkdaşlığından, İsrailin Azərbaycana silah satmasından narahatdır. Buna baxmayaraq, Ermənistanın İsrayılla da dialoqu var və hətta bir müddət öncə xəbər yayıldı ki, səfirlik açmaq haqqında müzakirələr gedir. Amma hadisələr göstərir ki, Ermənistan yenə də İsraillə münasibətləri gərginləşdirmək yolu tutub. Holokost abidəsinin dağıdılması, ora müxtəlif işarələrin atılması İsraildə rezonans doğuracaq. Çünki başqa ölkələrdə belə hadisələr baş verəndə İsraildə böyük nifrətlə qarşılanır. Düşünürəm ki, bu hadisənin İsrail-Ermənistan münasibətlərinə ciddi mənfi təsiri olacaq”.

     

    İsraillə Azərbaycanın yaxşı münasibətləri olduğunu qeyd edən E.Şahinoğlunun fikrincə, bu hadisəni həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə pisləməliyik:

    “İsraildə də bunu vurğulayırlar ki, Azərbaycan az ölkələrdən biridir ki, tarixən heç zaman yəhudilərə qarşı antisemitizm olmayıb. Onlar burada rahat şəkildə yaşayırlar. Bunun özü bizim üstünlüyümüzü göstərir və ona görə bu hadisəni pisləməliyik”.

     

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04 Azərbaycanda yeni alüminium zavodu tikiləcək 25 Sentyabr 2020, 14:58 2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM 25 Sentyabr 2020, 14:52 AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO 25 Sentyabr 2020, 14:47 DİM abituriyent və subbakalavrlara müraciət etdi 25 Sentyabr 2020, 14:42 Xarici İşlər Naziri Yunanıstanın Azərbaycandakı yeni səfirini qəbul edib 25 Sentyabr 2020, 14:36 “Cənnət bağı”nda ağac kəsənlərə cinayət işi açıldı 25 Sentyabr 2020, 14:30 Ceyhun Bayramov XİN başçılarının iclasında iştirak etdi 25 Sentyabr 2020, 14:24 Milli Məclisdə işçi qrupunun növbəti iclası keçirildi 25 Sentyabr 2020, 14:18 Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib? 25 Sentyabr 2020, 14:12 İstixanalar borclarını ödəməyə başladı 25 Sentyabr 2020, 14:06 Parlament Sədrinin cəsarətli çıxışını yüksək dəyərləndirirəm - Çingiz Qənizadə 25 Sentyabr 2020, 14:00 İrandan gizli şəkildə üç minə yaxın dərman keçirmək istədilər - FOTO/VİDEO 25 Sentyabr 2020, 13:54 Kral xəstəxanaya düşdü 25 Sentyabr 2020, 13:48 Hamilə qadınlardan tranplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir 25 Sentyabr 2020, 13:42 Prezident: “Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır” 25 Sentyabr 2020, 13:36 Paytaxt sakininin “Topaz” kuponu zorla əlindən alındı 25 Sentyabr 2020, 13:30 Ermənistan müharibəyə hazırlaşır - İlham Əliyev 25 Sentyabr 2020, 13:24 Azərbaycan nefti ucuzlaşdı 25 Sentyabr 2020, 13:18 Prezident “Qaçqınkom”a 42,5 milyon manat ayırdı   25 Sentyabr 2020, 13:12 Azərbaycanda nar sahələrinin genişləndirilməsi təklif olundu 25 Sentyabr 2020, 13:07 Sabahın hava proqnozu 25 Sentyabr 2020, 13:02 Ermənistanda deputat mandatdan imtina etdi 25 Sentyabr 2020, 12:57 İlham Əliyevdən sərt mesaj: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar” 25 Sentyabr 2020, 12:52 Nazirlik xaricdə təhsil alanlara müraciət etdi 25 Sentyabr 2020, 12:46