Modern.az

Tramp bu suala görə konfransı tərk etdi - VİDEO

Tramp bu suala görə konfransı tərk etdi - VİDEO

9 Avqust 2020, 21:44

ABŞ Prezidenti Donald Tramp “CBS Nyus”un müxbirinin gözlənilməz sualından sonra mətbuat konfransını tərk edib.

Modern.az xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib.

Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.

Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.

Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir