22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
11 Avqust 2020, 21:51 | AKTUAL
Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi  məcburi köçkün rayonların məktəblərində təhsil alan şagirdlər üçün növbəti onlayn təlim təşkil edib.

 

Bu barədə Modern.az-a məlumat verən təşkilatın sədri  Gülsarə Həsənova bildirib ki, “Microsoft Teams” proqramı üzərindən keçirilən onlayn təlim “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli tərəfindən aparılıb: ““Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilən təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub. Bu gün layihə çərçivəsində keçirilən sayça 4-cü tədbirdir.  Bundan əvvəl keçirilən 3 onlayn təlimdə 49 müəllim, 33 şagird iştirak edib. Bugünkü təlimdə Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə fəaliyyət göstərən Ağdam rayonu 11, 12, 95 saylı, Laçın rayonu 24 saylı  və Kəlbəcər rayon  92 saylı tam orta məktəblərdə təhsil alan 40 şagird iştirak edib. Ötən tədris ilində respublikamızda pandemiya səbəbindən məcburiyyət qarşısında dayandırılan tədrisin  “Virtual məktəb” vasitəsi ilə davam etdirilməsi həm müəllimlər, həm də şagirdlər üçün uğurlu addım idi. Qısa zamanda 1 milyondan artıq istifadəçi “Virtual məktəb”də qeydiyyatdan keçərək tədrisin dayanmasına yol vermədilər. Amma proqram ilk dəfə tətbiq olunduğundan istifadə zamanı müyyən çətinliklərlə qarşılaşırdıq. Onlayn dərs prosesi zamanı şagirdlərin çoxu ağıllı telefondan istifadə etdiyindən bəzi şagirdlər proqramdan istifadədə çətinlik çəkirdi. Bu gün keçirilən təlim zamanı da “Microsoft Teams” proqramından istifadədə əvvəlki zamanlarda qarşılaşdığınız bir çox problemlərin həllini öyrənəcəyinizə inanıram”.

 

Daha sonra “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli iştirakçılara “Microsoft Teams” proqramı ilə bağlı məlumat verib.  “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı iştirakçılara "virtual məktəb"də qeydiyyat, “Microsoft Teams” proqramından  istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verilib.  Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib. 

 

Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra ediblər. 


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06