Modern.az

“Peşənə ağalıq etməyəcəksənsə, təbiətə köləlik edəcəksən”

“Peşənə ağalıq etməyəcəksənsə, təbiətə köləlik edəcəksən”

25 May 2012, 15:53

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Bu gün oxuyub ali təhsil almaq prestij sayılır. Hamı lap kiçik yaşlarından vaxtlardan  özünü yüksək vəzifələrdə, dövlət qulluğunda görür. Elə bu arzuyla da peşə seçməyə çalışırlar. Peşəyə yiyələnərkən gənclərin daha gəlirli sahələri seçmələri də təsadüfi deyil. Amma maddiyyat heç də həmişə gəncləri seçdikləri sənətə, peşəyə bağlamır. Çünki onlar öz peşələrinə yalnız “pul” gözü ilə baxırlar. Halbuki, ömrünün yarısını işində keçirməli olanlar bir müddətdən sonra öz peşələrindən soyuyurlar. Əgər həmin uşaq valideynin istəyi ilə bir peşəni seçirsə sonradan bu gənc orda özünü tapa bilmir. Belə bir seçim illər keçdikcə onların həyatında neqativ hallara gətirib çıxarır. Uzun illərdən sonra onun işindəki uğursuzluğu da bundan xəbər verir. Gənclərin sənətə bağlılığı pul üzərində qurulduqda təbii ki, sonradan yarımçıq qalır. Hətta bu seçimi valideyn istəyi ilə həyata keçirdiyindən yalnız diplomu alıb ata, anaya özünü sübut kimi təhvil verir. Lakin “özünü sübüt”un ilkin mərhələsi sonrakı anlarda zəncirin qırılmasına gətirib çıxarır. Ömrünün 4-5 ilini təhsilə xərcləyən gənc sonda bu yolu yarımçıq qoyur və illər ərzində çəkdiyi zəhməti, vaxtı itirmiş olur. Amma burada tək gənc yox, valideyn və dövlət də itirir. Axı hər gənc dövlət üçün bir sərmayədir.

Dəfələrlə bu mövzu ətrafında danışılsa da, müzakirələr aparılsa da amma yenə də bu problem həll edilməmiş qalır. Bu gündə kifayət qədər əli diplomlu gənclər ordusu olsa da arzulamadığı peşəyə, sənətə bağlana bilmir, bu yolda can qoymurlar.

Bu kimi problemlər olsa da peşəsini ürəkdən seçib onu hamıya hətta həmkarlarına, ən əziz adamına belə qısqanan gənclər da az deyil. Heç də təsadüfi deyil ki, gənclərin böyük əksəriyyəti bu gün öz sahələri üzrə işləməyə həvəs göstərirlər. Bu da onların öz peşələrinə həvəsindən bəhrələnir. Sənətə belə bağlılıq  gənclərin öz sahələrində ixtisaslaşmasına, ən sonda işinin peşəkarı kimi yetişməsinə gətirib çıxarır. Son nəticədə isə peşə sənin quluna yox, sən onun qulunna çevrilirsən. Çünki yaxşı mütəxəssis, sənətinə bağlılıq məhz bu devizdən irəli gəlir. Məşhurlardan birinin dediyi kimi:  “peşənə ağalıq etməyəcəksənsə, təbiətə köləlik edəcəksən”.

 

Gültəkin Quliyeva   BDU-nun V kurs tələbəsi

 

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir