Modern.az

“Apple”in rəhbəri milyarder oldu

“Apple”in rəhbəri milyarder oldu

12 Avqust 2020, 16:50

“Apple” şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində onun rəhbəri Tim Kukun sərvəti 1 milyard dolları keçib.

 

Modern.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik korporasiya rəhbərinin əldə etdiyi məbləğin tam qədərini göstərməsə də, ötən həftə ərzində Nyu-York birjasında “Apple” səhmlərinin qiymətinin təxminən 5% artdığını qeyd edib. Hazırda şirkətin kapitallaşması 1,9 trln. dolları keçib. 

 

Tim Kukun sərvəti isə məlum mənbələrdən götürülmüş məlumatlar əsasında hesablanıb. Bununla yanaşı, ekspertlər şirkət rəhbərinin anonim olaraq böyük məbləğdə yardımlar etdiyinin nəzərə alaraq, məbləğin 1 milyard dolları keçmədiyini də istisna etmirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir