Modern.az

Ceyhun Bayramovun Rusiyada müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Ceyhun Bayramovun Rusiyada müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Aktual

20 Avqust 2020, 17:50

Rusiya xartici işlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycan xartici işlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zaxarova brifinqdə deyib.

 

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirinin görüşü zaman ikitərəfli əlaqələrlə bağlı geniş-spektrli məsələlərin, o cümlədən regional və beynəlxalq gündəmin müzakirə edilməsi nəzərdə tutulur.

 

Azərbaycan XİN rəhbərinin həmçinin Rusiya hökumətində və Federal Məclisində görüşləri planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?