Modern.az

Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım - FOTO

Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım - FOTO

Diaspor

6 Sentyabr 2020, 12:34

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə başlanan aksiya bu gün Kiyev və Jitomir şəhərlərində baş tutub.

 

Modern.az xəbər verir ki, aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. İlk uçuşda gənclər və media nümayəndələri olublar.

 

Layihə rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, bu cür təbliğat xarakterli aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır: "Aksiya mütəmadi olaraq baş tutacaq. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən hər bir kəs bu aksiyaya qoşula bilər".

 

Aksiya Azərbaycan diasporuna dəstək olan iş adamlarının sayəsində baş tutur. Ukrayna sakinləri bu gün hava şarını bir saata yaxın müşahidə edə biliblər.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir