Arxiv
14 Sentyabr 2020, 16:24 | ANALİTİKA
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Misirə səfər edib.

Modern.az xəbər verir ki, səfər Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan və Kipr arasında yaşanan gərginlik fonunda ortaya çıxıb. Sərhəd mübahisəsində Yunanıstanı dəstəkləyən rəsmi Qahirə Baş Qərargah rəisi Əbdülfəttah əs-Sisinin hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə münasibətlərdə ciddi soyuqluq yaşayır.

 

Türkiyəyə qarşı birləşən Yunanıstan, Kipr, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Misirin yer aldığı koalisiyaya qoşulmaq istəyən Ermənistan Aralıq dənizində yaşanan gərginliyi özünə fürsət bilib.


Qahirədə misirli həmkarı Sameh Şükri ilə birgə mətbuat konfransı keçirən Zoqrab Mnastakanyan Türkiyə və Azərbaycana qarşı yenə böhtan xarakterli mesajlar verib.

“Biz Şərqi Aralıq dənizində baş verən hadisələri diqqətlə izləyirik və bundan əvvəl, Yunanıstan və Kiprə öz iqtisadi zonalarında fəaliyyət göstərmələrinə tam dəstək ifadə etmişik. Eyni zamanda, Misir dövlərinə də öz dəstəyimizi ifadə etmək istərdim” - deyə Ermənistan xarici işlər naziri Türkiyəyə qarşı yer aldığını ifadə edib.

 

Erməni nazir mətbuat kampaniyasını daha bir qarayaxma kampaniyası üçün fürsət bilib. Mnatsakanyan reallıqla əlaqəsi olmayan və erməni mediasının ortaya atdığı “Azərbaycana Suriyadan silahlı birləşmələr gətirilir” tezisini təkrarlayaraq, Türkiyənin Yaxın Şərq, Şimali Afrika, Balkan və Cənubi Qafqaz regionunda stabilliyi pozmağa çalışdığını iddia edib.

Beləliklə, iyulda Tovuz döyüşlərindən sonra diplomatik izolyasiyaya düşən və beynəlxalq münasibətlər sistemində faktiki olaraq, sıfır səviyyəsində çəkiyə malik rəsmi Yerevan Türkiyəyə qarşı koalsiyada yer almaqla siyasi gediş etməyi planlayır.

 

Bununla da, beynəlxalq arenada, mətbuatda Azərbaycan və Türkiyəyə qarşı yalan kampaniyasına başlayan Yerevan qardaş ölkələrə qarşı yeni çirkin oyuna başlayıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram günləri AÇIQLANDI 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28 Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu 5 Dekabr 2020, 10:20 Neft yenidən bahalaşdı 5 Dekabr 2020, 10:12 Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ 5 Dekabr 2020, 10:04 Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı 5 Dekabr 2020, 09:56 Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı 5 Dekabr 2020, 09:48 Goranboyda şəhid ailələri və qazilərlə görüşlər davam edir 5 Dekabr 2020, 09:40 Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ 5 Dekabr 2020, 09:32 Zəkanı və yaddaşı artırmağın 15 yolu 5 Dekabr 2020, 09:24 İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər 5 Dekabr 2020, 09:16 Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı 5 Dekabr 2020, 09:08 “Lexus” hasara çırpılıb yandı 5 Dekabr 2020, 09:00 Kələmin faydaları 5 Dekabr 2020, 08:57 Moskvada daha 74 nəfər koronavirusdan öldü 5 Dekabr 2020, 08:48 Ömrü 10 il uzatmağın yolu 5 Dekabr 2020, 08:38 Çində 18 mədənçi öldü 5 Dekabr 2020, 08:26 Sarımsağın zərəri 5 Dekabr 2020, 08:12 Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?