Modern.az

Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİLƏR

Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİLƏR

17 Sentyabr 2020, 15:06

Bu ilin iyulunda cəbhənin Tovuz rayonu istiqamətində yaşanan gərginlik Azərbaycan və Ermənistan diasporlarına da sirayət etmişdi. Avropa, ABŞ və Rusiyada erməni diasporu azərbaycanlılara hücum etmiş, nəticədə xəsarət alanlar, saxlanılanlar olmuşdu.

 

Gərginliyin daha bir nəticəsi Moskvadakı azərbaycanlı iş adamlarının sahibi olduğu ticarət mərkəzlərində və bazarlarda Ermənistandan gələn malları boykot edilməsi idi..

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni ticarətçilər hələ də Moskva bazarlarında öz mallarını sata bilmədiklərindən şikayətləniblər.

 

“Biz “Fud Siti”də öz mallarımızı sata bilmədiyimiz üçün biznesmenlərimiz onminlərlə dollar ziyana düşüblər və Ermənistana qayıdıblar. Hazırda Ermənistandan “Fud Siti”yə gələn yük maşınları bazarın ərazisinə buraxılmır, 25-dən artıq biznesmen öz məhsullarını sata bilmir. Vəziyyət ağırdır. “Fud Siti” Moskva şəhərinin ən böyük bazarıdır. Alternativ ticarət mərkəzləri kimi “Buxta”, “Şelkovıy put” və s. olsa da, onların miqyası və ticarət dövriyyəsi “Fud Siti” ilə müqayisə oluna bilməz”-deyə iş adamlarından biri erməni jurnalistlərə şikayətlənib.

Erməni tərəfinin fikrincə, “Fud Siti”nin azərbaycanlı sahibləri və ticarətçilər Ermənistan məhsullarını boykot edir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir