Modern.az

Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür

Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür

Təhsil

20 Sentyabr 2020, 08:29

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən Modern.az saytına verilən məlumata görə, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

İxtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrinin sentyabrın 25-dən elan olunacağını bəyan edib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 10-da başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü