Modern.az

BMT-də islahatlar zamanıdır...  

BMT-də islahatlar zamanıdır...  

22 Sentyabr 2020, 22:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək səviyyəli iclasında istər dünya, istərsə də Azərbaycan naminə olduqca maraqlı fikirlər səsləndirib: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

Birləşmiş Millətlər Təşkilatının keçdiyi 75 illik yolda Qurumun Qaçqınlar üzrə Ali Komissarlığı 3 dəfə, bir neçə baş katib (Daq Xammarşeld, Kofi Anan),  BMT-nin Sülh Məramlı Qüvvələri,  UNİCEF və BMT xətti ilə fəaliyyətlərinə görə bir neçə görkəmli şəxs Sülh üzrə Nobel mükafatına layiq görülüb. Nobel Sülh Komitəsi daim bu qurumu diqqət mərkəzində saxlayır. Ancaq konkret münaqişələrdə və qaçqınlara olan münasibətdə bu qurumun Dövlətimizin başçısının təklif etdiyi islahatlara ehtiyacı var. Prezident İlham Əliyev həmin mötəbər tədbirdə fikirlərini məntiqi olaraq belə davam etmişdir: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Ermənistanın bu quruma qarşı etdiyi sayğısızlıq əlbəttə ki, qurumda islahatları zəruri edir. BMT-yə üzv olan ölkələr Qurumun nüfuzunu qorumaq üçün hərəkətə keçməlidirlər. Təəssüflər olsun ki, burada da ikili standart dominantlıq təşkil edir. Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərin ona verdiyi dəyərə hörmətlə yanaşmalı və Qətnamələrinin İcrasının həyata keçirilməsi mexanizmlərini işləməlidir. Qurum qəbul etdiyi qətnamələri vaxtında icra etsəydi Regionda erməni azğınlığı bu qədər dərinləşməzdi. Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır” kimi məsuliyyətsiz və həyasız Bəyannatı Qurumun Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurası və  Baş Assambleyasının qəbul etdiyi Qətnamələrlə daban - dabana ziddir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışının sonunda bu nüfuzlu quruma bir daha öz dəstəyini nümayiş etdirib: “Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.”
Qalır Azərbaycanın haqq səsinin eşidilməsi...

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...