Modern.az

Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR

Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR

Aktual

24 Sentyabr 2020, 17:02

Monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Baş Nazirin “Bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir” fikirlərinə münasibət bildirərkən deyib.

V.Bayramov qeyd edib ki, xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir:

 

“Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsi məqsədəuyğundur.

Dövlət büdcəsi vəsaiti hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımından vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə də ehtiyac var.

 

Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoryub saxlamalıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!