Modern.az

TƏBİB-də dəyişiklik - Aygün Əliyeva və Rəvanə Əliyeva yeni vəzifələrdə

TƏBİB-də dəyişiklik - Aygün Əliyeva və Rəvanə Əliyeva yeni vəzifələrdə

25 Sentyabr 2020, 12:30

Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur dəyişikliyi aparılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-də yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə Aygün Əliyeva təyinat alıb.

TƏBİB-in departamentin daxilində yeni yaradılan Vətəndaşların Müraciəti ilə İş şöbəsinin müdiri vəzifəsinə isə mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva təyin edilib.


R.Əliyeva Moden.az-a faktı təsdiqləyib. O bildirib ki, stuktur dəyişikliyi ilə qurumdakı mətbuat katibliyi ləğv olunub. Bundan sonra mətbuatdan daxil olan sorğular İctimaiyyətlə Əlaqələr şöbəsi daxilində cavablandırılacaq.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI