Modern.az

Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü

Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü

Aktual

27 Sentyabr 2020, 08:16

Ağstafada evi qarət edən şəxs və ya şəxslər qətl törədiblər.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Müseyib Ələkbərov küçəsində - Çaxır Zavodunun yaxınlığında qeydə alınıb. 

 

Gecə saatlarında sözügedən küçədə yaşlı qadın Tatyana Məmmədovanın evinə basqın olub. Evə girən şəxs və şəxslər ev sahibini döyüblər, daha sonra boğaraq öldürüblər.

 

Qadının 43 yaşlı qızı Yelizaveta Məmmədovanı da döyərək, çoxsaylı xəsarət yetiriblər. Basqın zamanı Tatyana Məmmədovanın bir aylıq nəvəsi də evdə olub, naməlum şəxslər ona xətər yetirməyiblər. 

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb. (APA)

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi