Arxiv
30 Sentyabr 2020, 08:16 | ANALİTİKA
Bizim savaşımız təkcə bizim deyil...

Əvvəllər də qeyd etdiyim kimi, Qarabağ savaşı bu gün əsasən yeni geosiyasi konstruksiyanın qurulması bucağından nəzərdən keçirilməlidir. Amma bunun üçün öncə bir neçə məqamı nəzərdən keçirməliyik.


Yeni qlobal oyunçu olan Çinin ətrafında qurulan geosiyasətin əsas istiqamətləri nələrdən ibarətdir? Çinin artan iqtisadi qüdrəti, istehsal gücü və bunların nəticəsi olaraq qlobal istehlak bazarına təsiri əvvəllər çox da aktual olmayan amili - logistika və daşımaları qlobal siyasətin ön planına çıxarır.


ABŞ və Avropa istehlak bazarlarının durmadan artan tələbatları daşımaların, nəqliyyat və kommunikasiyaların xüsusi çəkisini artırmaqla yanaşı, onlara nəzarət uğrunda mübarizəni də kəskinləşdirir.


Bu mübarizədə də ABŞ və Rusiya kimi ənənəvi oyunçularla yanaşı, onların tərəfdaşları və müttəfiqləri də fəal iştirak edirlər. Əgər Cənubi Çin dənizindəki süni adalara nəzarət uğrunda mübarizə ABŞ-la Çin arasında gedirsə, digər daha mühüm bölgədə - Yaxın Şərqdə bu mübarizə daha mürəkkəb konstruksiyaya malikdir.


İqtisadi, ticari, siyasi və mədəni maraqların qovuşduğu, hal-hazırda isə daha çox toqquşduğu bölgə kimi əsrlər boyu döyüş meydanı olmuş Yaxın Şərq bu gün də özəl əhəmiyyətini qoruyub saxlamaqdadır. Bir o fərqlə ki, müsair dövrdə bölgəyə nəzarət uğrunda mübarizə aparan güclər əvvəlkindən fərqlidir.


Bundan başqa da həmin mübarizə bir növ komandalararası xarakter daşıyır. Belə ki, kanallar, dəniz yolları, limanlar və digər nəqliyyat-kommunikasiya qovşaqları ilə zəngin Böyük Orta Doğuya nəzarət uğrunda mübarizə əsasən ABŞ və Rusiya "komandaları" arasında gedir. Mübarizənin detalları haqda bir qədər sonra.


Öncə Böyük Orta Doğu anlayışına bir qədər aydınlıq gətirək. 2000-cı illərin əvvəllərində gündəmə gələn bu siyasi termin (Extended Middle East və ya qisa MENA) özündə Yaxın Şərqlə yanaşı Ərəb Məğribini, Şimali Afrikanı, Afrika Buynuzunu, Əfqanısatanı, Pakistanı və qismən də Cənubu Qafqazı birləşdirir.


Aşağıdakı xəritədən göründüyü kimi, təkcə enerji daşıyıcıları ilə deyil, həm də nəqliyyat dəhlizləri və kommunikasiya imkanları ilə zəngin olan bu bölgə müasir geosiyasi maraqların toqquşduğu əsas məkandır. Kolonializm dövründən fərqli olaraq bu gün qlobal oyunçular bölgə ölkələri arasında müttəfiqlərə malik olmalıdılar.


Əgər ABŞ-ın həmin bölgədəki müttəfiqi kimi Türkiyə, İsrail, bəzi ərəb ölkələri və qismən də Çinlə sıx əlaqələrə malik olan Pakistan çıxış edirsə, Rusiya bölgəyə təsirinin reallaşdırılmasını İran, Suriya və belə görünür ki, həm də Hindistanla tərəfdaşlıqda görür.


Azsaylı "komanda" kimi görünsə də, Rusiyanın hədəflədiyi konstruksiya baş tutacağı halda daha effektiv ola bilər, amma bunun üçün hələlik yalnız Suriyada və Liviyada məhdud güclə təmsil olunan Rusiya bölgəyə daha geniş çıxış imkanı əldə etməlidir.


Bu, ən asan yolla Cənubi Qafqaz və İran üzərindən keçə bilər ki, elə həmin səbəbdən də ABŞ və müttəfiqləri onun Şimal - Cənub dəhlizilə Yaxın Şərqə çıxışının qarşısını bizim bölgədə almağa çalışırlar. Amma ABŞ-ın v İsrailin postsovet məkanda müstəsna rola malik olan Rusiya ilə rəqabət aparmaq imkanları məhuddudur.


Elə həmin səbəbdən də ABŞ Gürcüstanda NATO-nun, Azərbaycanda isə Türkiyənin imkanlarından istifadə etməyə çalışır. Artıq Suriya və Liviyada Rusiya ilə qarşıdurmada təcrübə əldə etmiş və öz təsirini bölgə ölkələrinin bir neçəsinə yaymağa nail olmuş Türkiyə bu məsələdə ən uğurlu tərəfdaş kimi görünür.


Bölgəyə Rusiya təsirini azaltmaq üçün həm də Cənubi Qafqazdakı etnik-ərazi münaqişələrini həll etmək zərurəti ön plana çıxır, çünki həmin münaqişələri siyasi və geosiyasi alət kimi istifadə edən Moskva həm də onların vasitəsilə bölgəni öz nəzarətində saxlayır.


Bu mənada bir tərəfdən Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyası, digər tərəfdən isə Azərbaycan - Türkiyə hərbi-siyasi əməkdaşlığı bu ölkələrə münaqişələrin təsirini kəskin şəkildə azalda bilər. Amma Rusiya ilə də sıx əlaqələrə malik olan hər iki ölkəyə belə bir təhlükəli layihədə iştirakın qarşılığı verilməlidir.


Separatçı bölgələrinə nəzarəti tam olaraq itirmiş Gürcüstan üçün Avroatlantik məkana inteqrasiya önəmli olduğu kimi, belə bir inteqrasiyaya skeptik yanaşdığından ondan kənar qalmış Azərbaycan üçün isə ərazi bütövlüyünün bərpası həyati əhəmiyyət kəsb edir.


Görünür, elə bu səbəbdən də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək cəhdi onun yaxın tərəfdaşı Türkiyə ilə müttəfiq olan ölkələr tərəfindən anlaşma ilə qarşılanır. Digər tərəfdən isə Rusiyanın və İranın həmin addıma "ehtiyatlı" münasibəti də bu mənada anlaşılandır.


Təsvir olunan geosiyasi konstruksiyaya ən maraqlı mövqe sərgiləyən isə bütün bunların ətrafında baş verdiyi Çindir. Öz xarici siyasətini təmkinlə diversifikasiya edən Pekin bir tərəfdən Pakistanla güclü hərbi-siyasi-iqtisadi ittifaqa malikdirsə, digər tərəfdən də üzərindəki ABŞ sanksiyaları durmadan artan Tehranı müxtəlif təkliflərlə şirnikləndirməyə çalışır.


Belə görünür ki, Pekin daha çox ABŞ-ın üstünlük əldə etməsində maraqlıdır, amma həm də metodik şəkildə öz xəttini yürüdür: İrana yüz milyardlarla kredit və investisiya paketi təklif edən Çin, Azərbaycanı da unutmur. Təkcə son təxminən bir il ərzində Pekinin yüksək rəsmiləri 3 dəfə Bakıda səfər edərək, ölkə rəhbərliyilə danışıqlar aparıblar.


Cənubi Qafqaz və Azərbaycan ətrafında yaranmış vəziyyət risklərlə yanaşı, eyni zamanda bizim üçün də ölkənin ərazi bütövlüyünü bərpa etməyə tarixi şanslar yaradır. Düzgün seçimlər edərək, optimal və rasional addımlar atılacağı halda da Azərbaycan öz məqsədinə çata bilər.


Ərəstun Oruclu,
Politoloq

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49