Modern.az

“Bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaq” - Spiker

“Bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaq” - Spiker

30 Sentyabr 2020, 11:19

"Prezidentin də dediyi kimi bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaqdır”.

 

Modern.az-in məlumatına görə, bunu bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, biz bunu elə həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun:

 

“Düşmənin təxribatı barəsində doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü açmaq üçün parlamentin də səlahiyyətin də istifadə edilir. Türkiyə TBMM, Pakistan parlamentinin sədri, ATƏT-in parlament Assamblyesının sədri ilə telefonla danışmışam, Türkiyənin TRT kanalına canlı müsahibə vermişəm. Ermənilərin törətdiyi təxribat nəticəsində ermənilərin azərbaycanlılara, mülki əhaliyə qarşı hücumları barədə məlumat vermişəm. Baş verənlərə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını demişəm. Bu günlərdə TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat verib və Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyiblər. Eləcə də İtalia və Almaniya parlamentlərində fəaliyyət göstərən işçi qrupları da bizi dəstəklədiyi üçün təşəkkür məktubu gönndərmişəm. Bu gün Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir