Arxiv
2 Oktyabr 2020, 10:09 | MÜSAHİBƏ
Ziyafət Əsgərov: “Azərbaycan əsgəri onları silib-süpürəcək” - MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  Qarabağda gedən müharibə barədə Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.


- Ziyafət müəllim, artıq 6-cı gündür Qarabağda qanlı müharibə gedir. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Amma Ermənistan rəhbərliyi cəbhədə baş verənlərdən narahatdır. Bu səbəbdən də BMT, ATƏT və digər beynəlxalq təşkilatlardan kömək istəyir. BMT Təhlükəsizxlik Şurasının (TŞ)  sonuncu qapalı iclasında  Azərbaycan və Ermənistana Dağlıq Qarabağdakı müharibəni dərhal dayandırmağa çağırış edilib. Böyük dövlətlər, beynəlxalq təşkilatlar yenə də ikili oyunu davam etdirirlər.

- Ermənistanls Azərbaycan arasında davam edən 30 illik konfliktlə bağlı ilk dəfə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çıxdı. Ardınca isə digər beynəlxalq təşkilatların da - Avropa İttifaqının, Avropa Parlamentinin,  AŞPA-nın, İslam Konfransı Təşkilatının qətnamələri qəbul edildi. Yeri gəlmişkən, İslam Konfransı Təşkilatına bir daha təşəkkürümü bildirirəm. Onlar bu yaxınlarda yeni bir qətnamə qəbul etməklə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. 30 illlik dövrlə bağlı  əsas fikri BMT və ATƏT-ə yönəltmək istəyirəm. BMT və ATƏT bu 30 il ərzində indi ayılıblar ki, gərginliyin yaranmasında maraqlı deyillər. Gəlin, oturaq danışıqlar stoluna. Mən soruşuram: BMT-nin hörmətli rəhbərliyi, Təhlükəsizlik Şurasının üzvləri, niyə bu 27 il ərzində bir dəfə yığışıb 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmadınız? Harada idiz? Ermənistan Azərbaycan ərzisində  saysız-hesabsız terror hadisəsi törədib. Bunlara reaksiya vermədiniz. Siz 27 il ərzində azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı barədə başsağlığı da vermədiniz. 27 il ərzində möhtərəm prezidentimiz İlham Əlliyev cənabları BMT tribunasından, beynəlxalq platformalardan həmişə sizə müraciət edib ki, bu azğınlaşamış Ermənistanı saxlayın. Bunu ərköyün etməyin! Buna sanksiya, cəza tətbiq edin. Qulaqlar kar, gözlər kor oldu. Ermənistan indi əməlli çətin vəziyyətə düşüb və sizə müraciət edib. Siz də yığışırsız və möhtərəm prezidentimizə zəng edirsiz. O da sizə vəziyyəti başa salır. Hardasa buna normal baxıram. Beynəlxalq təşkilatlar vəziyyətlə maraqlanır və istəmirlər ki, regionda yeni gərginlik ocağı yaransın. Təbii ki, bu, beynəlxalq diplomatiya qaydalarına uyğun məsələdir. Bilirdiz ki, Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Ermənistanı bir dəfə çağırıb soruşmadınız ki, işğal olunmuş torpaqlardan niyə çıxmırsız? İndi qəfil oyanmısız ki, gəlin sülh bağlayaq. Yenə də 30 il uzadaq?! Bu dəfə belə olmayacaq. Təxribatı Ermənistan başlayıb. Azərbaycan da öz torpağının azadlığı uğrunda vətən müharibəsini sonuna qədər davam etdirəcək.


- Müharibənin gedişatında dost və düşmən dövlətlərin kimliyini də aydın müşahidə edə bilirik. Təəssüf  hissi ilə qeyd edirik ki, türkdilli dövlətlər olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan Azərbaycanı müdafiə etmir. Bu məsələdə dost və düşmən dövlətlərin mövqeyini necə xarakterizə edərdiniz?

- Əvvəla, qardaş və müttəfiq Türkiyə dövlətimizə, onun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.  Onlar əsl qardaşlıq nümunəsi göstərdilər. Necə ki biz həmişə Türkiyənin yanında olmuşuq, onlar da hər zaman bizə dəstək olublar. Cənab prezident dəfələrlə qeyd edib ki, bu gün həqiqət anıdır. Bu gün görürük ki, kim bizim yanımızdadır, kim yox. Bu gün biz görürük ki, kim bizə dostdur, kim dost deyil. Bundan da çətin vəziyyətimiz olmayacaq ki! Biz düşmənlə müharibə aparırıq. Kim bu çətin gündə Azərbaycanın yanında olacaqsa, Azərbaycan xalqı bu yaxşılığı heç vaxt unutmayacaq. Biz heç bir dövlətdən silah istəmirik. Şükürlər olsun ki, dünyanın ən yaxşı ordularından birinə sahibik. Bizim silah-sursata ehtiyacımız yoxdur. Bizim mənəvi dəstəyə ehtiyacımız var. Qardaş Türkiyə,  qardaş Pakistan, qardaş Əfqanıstan öz mövqeyini bildirdi. Çox istərdik ki, o biri dövlətlər də mövqeyini bildirsin. Bildirmirlərsə, öz işləridir.  Ancaq kimin kim olduğunu gördük və bildik.


- Müharibə uzandıqca, işğalçı dövlətin itkiləri də artır. Artıq Ermənistan ordusuna erməni məhbuslar da cəlb edilir. Sizcə, məhbusların döyüşə cəlb edilməsi nədən xəbər verir?

- Ermənistan aciz durumdadır. Bu təxribatı özü başlayıb. Bu təxribatın da girovuna çevrilib. Ona görə də vəziyyətdən necə çıxacağını bilmir. Hətta Ermənistan ordusu qadın batalyonu da yaratmağa hazırlaşır. Belə çıxır ki, orada başıpapaqlı kişi qalmayıb. Bu təxribatı törədəndə nəticəsini də fikirləşməli idiniz. Bunlar Livandan, Suriyadan muzdlu, terrorçu, cinayətkar aləmin adamlarını gətirirlər. Boğulan saman çöpünə əl atır. Onlar Azərbaycan ordusunun qalibiyyətini həzm edə bilmirlər. Ona görə də Türkiyəyə böhtan atırlar. Üçüncü dövlətləri bura cəlb etmək istəyirlər. Bu da alınan şey deyil. Çünki Türkiyə bizə yalnız mənəvi dəstək verir. Bizim kənardan silah-sursata ehtiyacımız yoxdur. Baxmayaraq ki, BMT nizamnaməsinin birinci maddəsinə görə biz fərdi və kollektiv şəkildə müdafiə olunmaq hüququna malikik. Yəni bizim dəvətimizlə Türkiyə bura gəlib Azərbaycan tərəfindən çıxış edə bilər. Amma biz bunu etmirik. Çünki bizim ordumuz Ermənistanın öhdəsindən yüz faiz gələcək. Bu birmənalıdır. Bizə mənəvi dəstək verir. Bu da normaldır. Türkiyə qardaşımız olmaqla yanaşı, müttəfiq dövlətimizdir.


- Hazırki situasiyada Ermənistan özünə müttəfiq axtarır. Təəssüf ki, bəzi müsəlman dövlətləri Ermənistanın yanında görürük. Müsəlman dövlətlərin  Ermənistanın yanında olması Azərbaycan üçün hər hansı narahatlığa səbəb ola bilərmi?

- Sizə maraqlı fakt deyim. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Zohrab Mnasatkanyan Misirə səfər etmişdi. Səfərin məqsədi də müsəlman ölkəsi olan Misirlə dostluq etmək istəməsi idi. Sonra hazırkı prezident Armen Sarkisyan Misirdən onlara yardım göstərilməsini xahiş etmişdi. İndi soruşuram: Misir islam dövlətidir. Siz işğal etdiyiniz ərazilərdə islamın ən müqəddəs dəyərlərindən olan məcidləri, tarixi abidləri yerlə-yeksan etdiniz. Hətta bir az da irəli gedərək təhqir edib, orada donuz saxladınız. İndi hansı üzlə Misirin üstünə qaçırsız?! Siz utanmırsız?! Ölmürsüz, yerə girmirsiz?! Budur, bunların xisləti. Həmişə demişəm ki, Ermənistan kökü olmayan dövlətdir. Əldəqayırma, qondarma forpostdir. Hara müraciət etmələrindən asılı olmayaraq onları heç kim xilas edə bilməyəcək. Onları Azərbaycan əsgəri silib-süpürəcək və işğal olunmuş ərazilərimizdən bayıra atacaq.


- Azərbaycan əhalisində çox yüksək əhval-ruhiyyə var. Hər kəs oğlunu, həyat  yoldaşını, qardaşını uğurla yola salır. Hər halda, siz də bunları müşahidə edirsiniz. Gəldiyiniz qənaət nədir?

- Bu başadüşülən olmalıdır. Çünki biz öz torpağımızı qoruyuruq. Biz başqasının gedib ərazisini işğal etmirik ki! Bizim atalarımız da, anlarımız da, bacılarımız da öz oğullarını, qardaşlarını müharibəyə yol salanda çox böyük sevinclə yola salırlar ki,  sən vətən savaşında torpağını azad etməyə gedirsən. Cənab prezidentin də dediyi kimi, bizim işimiz haqq işidir. Biz öz torpağımızı müdafiə edirik. Başqasının torpağında gözümüz yoxdur. Bu gün Azərbaycanda olan birlik, həmrəylik heç vaxt olmadığı kimi, ən yüksək səviyyədədir. İqtidar-xalq birliyi, ordu-xalq birliyi mövcuddur.


- Bir məqam da diqqətdən yayınmır. Bu gün müxalifətin də Ali Baş Komandanı dəstəklədiyini və ordunun yanında olduğunu müşahidə edirik. Sizcə, buna iqtidar-müxalifət birliyi demək olarmı?

- Bildiyiniz kimi, 50 partiya birgə sənəd imzaladı və Ali Baş Komandanın yanında olduğunu bəyan etdi. Lakin 2 partiya Əli Kərimlinin və İsa Qəmbərin partiyası bu məsələdə kənarda dayandılar. Əslində onların hər ikisi bu partiyanı özəlləşdirib. 1990-cı illərin əvvəllərində ərazilərimizin itirilməsində xəyanətkar yolu tutmuşdularsa, bu xəyanət indi də davam edir. 50 partiya xalqın, prezidentin və ordunun yanında olduğunu bildirdi. Onlar isə bunu etmədilər. Bu torpaq sənin də torpağındı. Niyə ümumi bəyanatı imzalamırsan? Buna da təəssüf edirəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən bu rayonlarımıza 100-dən çox top mərmisi atıb 26 Oktyabr 2020, 17:54 Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:48 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12