Arxiv
5 Oktyabr 2020, 16:09 | ANALİTİKA
Ermənistan hərbi cinayətlərə görə məsuliyyətə CƏLB OLUNMALIDIR - ÇAĞIRIŞ                  

Azərbaycan torplaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti yürüdən Ermənistan hazırda işğalçılıq siyasətinin doğurduğu nəticələrlə üz-üzə qalıb.

 

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında qalan torpaqlar düşməndən azad edilir.

Torpaqlarımızın azad olunacağı və bütün məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi heç kəsdə şübhə doğurmur.

Bundan sonra, dağılmış ərazilərin bərpası, partlamamış mərmi və hərbi –sursatlardan təmizləməsi və müharibənin fəsadlarını aradan qaldıracaq digər addımlar atılmalıdır.

Bununla paralel, 28 illik işğalın Azərbaycana vurduğu iqtisadi-sosial zərər, insanların məcburi köçürülməasi, etnik təmizləmə və hərbi cinayətlərə görə, Ermənistanın Azərbaycana vurduğu maddi zərərin miqdarı hesablanmalıdır.

 

Xüsusən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Qarabağ müharibəsində törədilən ən kütləvi qətliama görə - Xocalı soyqırımına görə Ermənistan, onun keçmiş rəhbərliyi, o cümlədən eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan məsuliyyətə cəlb olunmalıdır.

Onların törətdiyi qətliam beynəlxalq hüququn soyqırımı və hərbi cinayət barədə müəyyən etdiyi bütün kriteriyalara cavab verir.

 

Birləşmiş Millətlər Təşkilatı 1948-ci il dekbarın 9-da “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul etmişdi. Həmin Konvensiya İkinci Dünya Müharibəsi ərzində Almaniya rəhbərliyinin yəhudilərə qarşı milli-dini nifrət zəmnində törətdiyi soyqırımı ilə bağlı olub.   

Bu konvensiyanın 2-ci maddəasinə əsasən, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: 
a) bu cür qrup üzvlərinin öldürülməsi;
 b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; 
c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; 
d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; 
e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 


Konvensiyanın 3-cü maddəsinə görə, aşağıdakı əməllər cəzalandırılandır: soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımıda iştirak. 

Göründüyü kimi, konvensiyanın əksər maddələri Qarabağ müharibəsi dövründə törədilən Xocalı soyqırımı ilə yanaşı, Qaradağlı, Ağdaban, Başlıbel və s. onlarla kütləvi qətl aktlarına uyğun gəlir.

Bu qətliamı törədənlərin məsuliyyətə cəlb olunması, ölənlərin və yaralananların ailələrinə təzminat ödənilməsi, cinayət faktına görə, məsuliyyətini etiraf edərək üzv istənilməsi rəsami Yerevanın üzərinə düşən tələblər olmalıdır.

 

İşğal və qətl faktlarına görə, kompensasiya ödənilməsi faktına dair çoxsaylı sübutlar mövcuddur. Bunun ən məşhur nümunəsi 1952-ci ildə Almaniya dövləti ilə İsrail arasında yəhudi soyqırımına görə, repatriasiyanın ödənilməsi ilə bağlıdır. Həmin qanun Almaniya dövlətinin 6 milyon yəhudinin ölümnə görə, hüquqi məsuliyyət daşıdığını təsbit etdi və rəsmi Berlin İsrailə milyardlarla dollar kompensasiya ödədi.

Əsas kriteriya olaraq, yaxın və doğmaların ölümü, sağlamlıq, azadlıqdan məhrumetmə, əmlak itkisi, kapital itkisi, diskriminasiya xarakterli vergi qaydaları, professional fəaliyyətin məcburi yarımçıq saxlanılması və sığorta polislərinin ödənilməməsi və s. idi.

Almaniya dövləti birdəfəlik və aylıq ödənuişlər etməklə Holokosta görə, dövlət olaraq tam məsuliyyəti üzərinə götürdü. Ölkə rəhbərliyi hər il Holokost qurbanlarının xatirəsini anır və yəhudi xalqı qarşısında üzrxahlıq edir.

                                                                                                                              

Birinci Qarabağ müharibəsində törətdiyi müharibədən nəticə çıxarmayan Ermənistan rəhbərliyi isə qondarma rejimin rəhbəri Araik Arutunyanın dili ilə Azərbaycanı hədələyir və Gəncə, Mingəçevir, Abşeron, Beyləqan, Tərtər, Gornaboy, Bərdə və s. rayonların dinc sakinlərini, infrastuktur obyektlərini ağır artilleriyadan atəşə tutaraq növbəti hərbi cinayət törədir.

Dövlət siyasəti terror və işğalçılıq olan Ermənistan bu cinayətlərə görə mütləq beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bunun üçün Azərbaycanın fəal işə başlaması zamanıdır. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:15 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərdən olan üç qardaş 20 gün ərzində dünyasını dəyişib 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31 Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq 3 Dekabr 2020, 14:25 Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır - Azərbaycan ETİRAZ ETDİ 3 Dekabr 2020, 14:20 ATƏT-in yeni Baş katibi məlum oldu 3 Dekabr 2020, 14:10 Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam İMZALADI 3 Dekabr 2020, 14:05 UNEC brendi Gürcüstanda tanındı 3 Dekabr 2020, 13:48 Gəncədə polis reyd keçirdi - karantini pozanlar cərimələndi 3 Dekabr 2020, 13:42 ATƏT-in Nazirlər Şurasının iclası keçirilir 3 Dekabr 2020, 13:36 Zəfər Gününün tarixi dəyişdi - RƏSMİ 3 Dekabr 2020, 13:30 Dollar dünyanın əsas valyutalarına qarşı UCUZLAŞIR 3 Dekabr 2020, 13:24 Paşinyan daha bir məmuru işdən çıxardı 3 Dekabr 2020, 13:18 Polis Suqovuşan və Talışda fəaliyyətini bərpa etdi - FOTOLAR 3 Dekabr 2020, 13:12
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?