Modern.az

Daha 14 şagird və 4 müəllim virusa YOLUXDU

Daha 14 şagird və 4 müəllim virusa YOLUXDU

Təhsil

13 Oktyabr 2020, 17:32

13 oktyabr tarixi üzrə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı rəsmi məlumat açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, koronavirusa 14 şagird və 4 müəllim yoluxub.

 

Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 13, işçi heyətinin sayı isə 3 nəfər olub.

Daha 2 sinif və 4 məktəb distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəblərin sayı isə 24-dür.

 

Bundan əlavə, 5 sinif əyani təhsilə qaytarılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü