Arxiv
17 Oktyabr 2020, 17:20 | ƏDƏBİYYAT
Seyran Səxavət: "Elə bil ki, 30 ildir bir doğmanı, yaxınını gözləyirsən və axır gəlib çıxdı..."
Seyran Səxavət:

"30 il yol gələn xoş xəbəri bu gün almışıq. Artıq bu təəssürat deyil başqa bir şeydir, uçuram, göylərdəyəm. Mən 20 il əvvəl demişdim, nə qədər ki, Qarabağ torpağı işğal altındadır, lap aşağıdan yuxarıya kimi kim özünü kişi hesab edir etsin. Mən kişilikdən istefa verirəm və özümü kişi hesab eləmirəm. Artıq mənim istefam tərsinə dövran edir".

 

Bu sözləri Modern.az-a açıqlamasında Füzulidən olan tanınmış yazıçı Seyran Səxavət deyib. O Füzuli şəhərinin düşmən tapdağından azad olunması xəbərini hədsiz bir sevinclə qarşıladığını söyləyib:

 

"Sözün əsl mənasında canımda, varlığımda diriliş hiss edirəm. Yavaş-yavaş özümə hörmət etməyə başlayıram. Uçmağa qanadım yoxdur, belə şeydə heç qanad lazım deyil. "Qanadlandım uçmağa, haqq qapısın açmağa" - belə bir deyim var. Bu xəbərdən sonra uçmaq üçün qanad da lazım deyil, vətən sevgisi insanı uçurur. Buna təəssürat demək olarsa, mənim təəssüratım bundan ibarətdir".

 

  1. Səxavət bildirib ki, Füzuliyə gedəndə ilk haranı ziyarət edəcəyini hələ bilmir:

“Bu yaşda mən dəli kimi özümü ora çırpacam, bura çırpacam. Qəbristanlığa, məktəbə, Füzulinin mərkəzinə fərqi yoxdur, vətənin hamısı eynidir. O torpaqdan götürüb üzümü-gözümü yuyacam ki, çox ağlamayım. Ermənilər onu da yozarlar ki, Azərbaycan yazıçısı qorxudan ağlayır, onlar qanmır axı sevincdən ağlamaq nədir. Ermənilərdən allahın xəbəri yoxdur. İnterviyularımın birində demişdim ki, deyəsən, bunları Allah yaratmıyıb".

Yazıçının sözlərinə görə, Füzulinin azad olunmasını arzu edən, lakin bu günləri görə bilmədən dünyadan köçən ziyalıların, şairlərin, elm admlarının hamısının Füzulidə dolaşan ruhu da bu gün azadlıq tapıb:

“Qətiyyən demək olmaz ki, dünyadan köçənlərin bu möhtəşəm qələbədən xəbəri yoxdur. Ruhları gəzir o torpaqlarda. Vətən sevgisi elə bir şeydir ki, sevəndən sonra dünyadan köçənlərimizə mütləq əyan olacaq. Onlar özləri sevinəcəklər, sevinirlər də. Onların da ruhu o biri dünya ilə bu dünya arasında qalmışdı. Artıq ruhları azad olundu”.

 

Yazıçı son olaraq əlavə edib ki, özünü tam sevinmiş hesab etmir:

"Mənim üçün ən vacib Şuşa, Laçın, Xankəndi alındıqdan sonra mən daha çox sevinəcəm. Bəlkə onda mən də “təndə” oldum".

 

Mehri QURBAN

modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Zaxarova KTMT-nin MDB-dəki rolundan danışdı 14:52, Bu gün Türkiyə İsrailə səfir təyin etdi 14:48, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası 12:38, Bu gün “Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA 12:38, Bu gün Rusiyadan Azərbaycana 309 min nəfər gəlib 12:30, Bu gün Azərbaycan Ordusu qış rejiminə keçir - VİDEO 12:26, Bu gün Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib 12:22, Bu gün Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib 12:18, Bu gün Ərdoğan Paşinyan və Makronla görüşə yollandı 12:14, Bu gün Millimiz FİFA reytinqində 5 pillə irəlilədi 12:10, Bu gün