Arxiv
19 Oktyabr 2020, 09:22 | DİASPOR
BMT-nin qarşısında Gəncə terroruna etiraz aksiyası - FOTO

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub. Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycanın Dövlət Himni oxunub, ingilis dilində “Erməni yalanlarına son qoyun!, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Biz ədalət istəyirik!”, “İşğal beynəlxalq sülhə təhlükədir!” kimi şüarlar səsləndirilib.

 

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün komissiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, cəbhə bölgəsindən uzaqda yerləşən digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması diqqətə çatdırılıb.

 

Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən terror cinayətlərini pisləyərək, BMT və beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa, ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 





 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45 Xırdalanda avtomobil külə döndü 29 Noyabr 2020, 10:35 Tramp Ağ Evdən kitab yazmağı düşünür 29 Noyabr 2020, 10:29 Kəlbəcərin kəndlərindən yeni VİDEO 29 Noyabr 2020, 10:19 Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...? 29 Noyabr 2020, 10:16 Polşada azərbaycanlının ölümü araşdırılır 29 Noyabr 2020, 10:12
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?