Modern.az

“Barselona” Çempionlar Liqasına darmadağınla başladı

“Barselona” Çempionlar Liqasına darmadağınla başladı

21 Oktyabr 2020, 01:09

Çempionlar Liqasının qrup mərhələsində "Barselona" öz meydanında “Ferensvaroş”u qəbul edib.

 

Modern.az xəbər verir ki, matç katalonların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qolları "Barselona"nın heyətində Lionel Messi, Ansu Fati, Filipe Koutinyo, Pedri və Dembele vurub. Qonaqların yeganə qolunu isə İqor Qaratin rəqibin qapısından keçirib.

 

Qeyd edək ki, bu matç “Barselona”nın kapitanı Lionel Messi üçün də əlamətdar olub. Belə ki, argentinalı hücumçu turnirdə ardıcıl 16-cı mövsüm qol sevinci yaşayaraq "Mançester Yunayted”in əfsanəsi Rayan Giqqzin rekorduna şərik olub.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu