Arxiv
21 Oktyabr 2020, 18:50 | DİASPOR
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO

Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə şəhərin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib.

 

Modern.az-a Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Polşanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların da iştrirak etdiyi aksiya Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Vrotslav Univeristenin müəllimi İlahə Kərimova polyak dilində çıxış edib və erməni vandalizmini qınayıb.

 

Aksiya iştirakçıları işğalçı Ermənistan ordusunun Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı yaşayış məntəqələrini, xüsusi ilə ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncəni dəfələrlə raket atəşinə tutmasını pisləyib. İşğalçı Ermənistan ordusunun törətdiyi terror aktı nəticəsində çoxsaylı mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olması Polşa ictimaiyyətinin diqqətinə çatdırıb.

 

Soydaşlarımız Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətinə son qoyulması üçün Polşa hökümətini, Polşa cəmiyyətini və beynəlxalq ictimaiyyəti müvafiq addımlar atmağa, erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər. Aksiya Polşanın Vrotslav TV kanalı vasitəsi ilə işıqlandırılıb.

 

Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların ölümünə etiraz olaraq onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.

 

Aksiyada polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Uşaq ölümünə son qoyulsun”, “Ermənistan, BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və s. kimi şuarlar səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27