Arxiv
22 Oktyabr 2020, 12:55 | PARLAMENT
Azərbaycan Ermənistandan təzminat tələb edəcək - RƏY

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin miqyası olduqca  böyükdür.  Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir.

 

Məsələyə beynəlxalq hüquqi yanaşma da mövcuddur. Belə ki, beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət  digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

 

Hazırki situasiyanın tələbi işğalçı Ermənistanın təcavüzünə məruz qalan azərbaycanlılara maddi kompensasiyanın ödənilməsidir.

 

Ermənistanın maddi ziyanı ilə üz-üzə qalan azərbaycanlılar kompensasiya ilə bağlı hara müraciət etməlidir?

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu  barədə Modern.az-a danışıb.

 

O bildirib ki,  çox zaman Avropa Məhkəməsinə müraciət etmək uzun zaman alır:

 

“Bildiyimiz kimi, Laçından olan  Çıraqov qardaşları və digərləri dəymiş ziyan barədə Avropa Məhkəməsinə müraciət etmişdilər. Çıraqov qardaşlarının işi 10 ildən çox çəkdi. Uzun illərdən sonra Avropa Məhkəməsi dəymiş zərərə görə kompensasiyanı Ermənistan dövlətinin üzərinə qoydu. Ərazilərin Ermənistan ordusu tərəfindən işğalını tanıdı. Hesab edirəm ki, bu məqbul sayılsa,  Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etmək hüququnu öz üzərində saxlayar”.

 

Hüquq müdafiəçisi qeyd edib ki, dəymiş maddi ziyana görə, müraciətlərin fərdi qaydada aparılması çox uzun çəkən prosesdir:

 

“İndiki şəraitdə elə hesab edirəm ki, gələcəkdə fərdi qaydada bu məsələni həll etmək üçün uzun zamana ehtiyac var. Hər halda bu da bir yoldur. İtirəcəyimiz heç nə yoxdur. Uzun zaman olsa belə, biz bunu gələcəkdə əsaslandırıb, Avropa Məhkəməsinə göndərə bilərik. Çünki bütün dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ona görə də həm Xocalı soyqırımına görə, həm də digər maddi və mənəvi ziyana, bütöv bir bölgənin dağıdılması, ekologiyanın pozulması və s. kimi məqamlara görə beynəlxalq hüquqla Azərbaycan Ermənistandan təzminat tələb edə bilər. Hesab edirəm ki, savaşı qələbə ilə bitirəndən sonra buna start verəcəyik.

 

Hazırda bizim ancaq bir istiqamətdə düşünməyimiz vacibdir. O da Azərbaycan Ordusuna dua edib, yeni zəfərlər gözləmək”.

 

Fidan İLQARQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34 Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri 17 May 2021, 23:19 Türkiyədə gündəlik yoluxma sayı 10 minə düşdü 17 May 2021, 23:09 Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı 17 May 2021, 23:00 Sülhməramlılar 80 ermənini Amarasa apardı 17 May 2021, 22:56 Səbinə Əliyevadan Dmanisidəki insidentlə bağlı çağırış 17 May 2021, 22:42 Goranboyda piyadanı maşın vurub öldürdü 17 May 2021, 22:30 İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı   17 May 2021, 22:21 Gürcüstanda dava edənlər barışdılar - VİDEO 17 May 2021, 22:08 Samuxda gənci ildırım vurub öldürdü 17 May 2021, 21:57 Ərdoğandan Baydenə: “İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” 17 May 2021, 21:49 13 türkün qətlini əmr edən PKK-çı məhv edildi 17 May 2021, 21:38 "Real"ın futbolçusu koronavirusa yoluxdu 17 May 2021, 21:25 İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi 17 May 2021, 21:11 Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12