Modern.az

“Qarabağ”ın ev oynu Türkiyədə keçiriləcək

“Qarabağ”ın ev oynu Türkiyədə keçiriləcək

Aktual

22 Oktyabr 2020, 19:52

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Villareal" matçı Türkiyədə baş tutacaq.

 

Modern.az xəbər veririk Bunu "Qafqazinfo"ya açıqlamasında Ağdam klubunun meneceri Asif Əsgərov bildirib.

 

Onun sözlərinə görə, UEFA neytral meydan olaraq "Qarabağ"a  başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi alternativ meydan kimi yalnız Türkiyəni seçib. 

 

"Əgər Bakıda oynaya bilmiriksə, seçə biləcəyimiz birinci ölkə Türkiyədir. Türkiyədən başqa ölkə seçə bilmərik. İki gün davam edən danışıqlar nəticəsində də buna nail olduq", - deyə o, qeyd edib.

 

Asif Əsgərov bildirib ki, sözügedən qarşılaşma İstanbulda yerləşən "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək. Matç oktybarın 29-da baş tutacaq.

 

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi