Arxiv
23 Oktyabr 2020, 00:33 | ANALİTİKA
Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 22-də "Valday" diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə verdiyi açıqlama siyasi şərhçilər tərəfindən təhlil olunur. Putin "Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub" deyib. 

Rusiya lideri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəal iştirakına bel bağlayır.

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə yanımıza, Moskvaya gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmahəng davranacaqlar, nizamlanmaya yardım edəcəklər. Yaxşıya ümid edək", - V.Putin deyib.

“Bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.

O, daha sonra bildirib: "Bu münaqişə sadəcə, bir dövlətləərarası münaqişə və ya ərazilər uğrunda mübarizə kimi yox, etnik zəmində qarşıdurma ilə başladı. Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirildiyi şərait əbədi davam edə bilməzdi".

Rusiya prezidenti sonda əlavə edib: "Elə mövqe tutmuşuq ki, həm Azərbaycanın, həm Ermənistanın etimadından yararlana bilək.

Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya qədər kimsə maraqlı deyil. Bizdə olan məlumatlara görə, indiki gərginləşmənin başlanmasından bəri hər iki tərəfdən təqribən 5 min nəfər həlak olub.

Bizim üçün Ermənistan da, Azərbaycan da bərabər tərəfdaşlardır, hər ikisi ilə tammənalı münasibətlər qurmaq istəyirik.

Yalnız Ermənistan yox, Azərbaycanla da daim xüsusi əlaqələrimiz olub. Qarabağlı bağlıı kompromis həll tapmağı çox istərdik. Gündə bir neçə dəfə Paşinyanla danışıram".
 

Modern.az siyasi icmalçı Şahin Cəfərlinin məsələylə bağlı şərhini təqdim edir:


- Əvvəlcədən deyim ki, qorxulu nəsə yoxdur. Açıqlamaların məğzini təşkil edən və Rusiyanın bugünkü mövqeyinin izahı sayılacaq açar cümlə məncə, budur:


"Biz elə bir mövqe tuturuq ki, hər iki tərəfin etimadından istifadə etməyimizə və vasitəçi kimi münaqişənin həllində önəmli rol oynamağımıza imkan versin”.


Yəni Rusiya açıq şəkildə Ermənistanın yanında yer almaqla öz vasitəçilik rolunu, Azərbaycanın etimadını və bütövlükdə Azərbaycanı itirəcəyini anladığı üçün nisbətən tərəfsiz davranmağa üstünlük verir. Putinin Ermənistan və Azərbaycanı Rusiyanın bərabər səviyyəli tərəfdaşları adlandırması, hər iki ölkə və xalqla çox yaxın əlaqələrə malik olduqlarını vurğulaması da bunu təsdiqləyir. Rusiya bu mövqeyi ilə Azərbaycanla dialoqunu, ona söz demək haqqını, Bakının qərarlarına təsir göstərmək imkanlarını saxlamaq istəyir, çünki münasibətlərdə qırılmanın baş verməsi Rusiyanın Azərbaycanı öz əlləri ilə Türkiyəyə və Qərbə doğru itələməsi demək olar. Vasitəçilik missiyasını qoruyub saxlamaq Moskva üçün ona görə vacibdir ki, münaqişənin yekun həllində maraqlarını təmin edə bilsin, tutaq ki, Azərbaycanı Rusiya sülhməramlı kontingentini qəbul etməyə razı salsın.


Moskvanın praqmatizmi Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini anlamağa, bu münasibətlərin dərinliyinə hörmətlə, yaxud səbrlə yanaşmağa imkan verir, amma Rusiya bu dərinliyin çox artmasını da istəmir. Ölkəmizdə Türkiyənin daimi hərbi mövcudiyyəti, Azərbaycanın Türkiyə ilə siyasi inteqrasiyaya getməsi (məsələn, konfederativ əsasda) Rusiyanın maraqlarına uyğun deyil. Bu səbəblə, Moskva hazırkı situasiyada təmkin nümayiş etdirməklə Azərbaycandan nəsə istəməyə, Bakı ilə dialoqda öz maraqlarını təmin etməyə zəmin hazırlayır və ya mövcud olan zəmini qoruyur. Azərbaycan prezidenti də bunun fərqində olduğu üçün Türkiyə telekanalına müsahibəsində ölkəmizdə Türkiyənin daimi hərbi bazalarının yaradılmasına ehtiyac görmədiyini söyləmişdi. İlham Əliyevin uzun illər ərzində topladığı təcrübə, xarici siyasətdə müxtəlif güc mərkəzləri arasında manevr etmək bacarığı bu situasiyada özünü göstərir və fayda verir. Şübhəsiz ki, Türkiyənin bölgəmizdə aktivliyi, ambisiyaları və Azərbaycana tərəddüdsüz, net dəstəyi İ.Əliyevin hazırkı siyasətinin uğurunda çox ciddi rol oynayır, amma o, eyni zamanda Türkiyə ilə münasibətlərdə kənardan nəzərə çarpmayan incə bir məsafə də saxlamağa çalışır və bu münasibətləri Azərbaycanın suverenliyinə xələl gətirməməklə inkişaf etdirməyə diqqət edir.


Putinin Azərbaycanın öz ərazilərinin önəmli hissəsini itirməsi ilə bağlı vəziyyətin daim davam edə bilməyəcəyini ifadə etməsi göstərir ki, Rusiya bizim Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytarmağımızdan narahat deyil və bunu anlayışla qarşılayır. Amma Putinin münaqişənin “Sumqayıtda və Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlər”lə başladığını, bunu kompleks halında nəzərə alacaqlarını, “Birinci Dünya müharibəsi zamanı erməni xalqının başına gələnləri” heç vaxt unutmayacaqlarını vurğulaması söyləməyə əsas verir ki, Rusiya Dağlıq Qarabağ ermənilərinin hüquqlarının hansısa şəkildə təmin olunmasına çalışacaq. Düşünürəm ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla tam nəzarətə götürməsində maraqlı deyil.


Putin Rusiya ilə Türkiyənin Cənubi Qafqazdakı maraqlarının fərqli olduğunu desə də, Ərdoğana simpatiyasını gizlətmədi və onun ABŞ-ın etirazına rəğmən, Rusiya ilə birlikdə “Türk axını” layihəsini həyata keçirməsini və S-400 ZRK almasını yüksək qiymətləndirdi. Putin Türkiyənin NATO üzvü və AB-yə namizəd ölkə olmasına baxmayaraq, bu inteqrativ qurumların siyasət xəttindən mümkün olduğu qədər fərqli, müstəqil siyasət yeritməsindən məmnundur. O, qırmızı xətlərin tapdanmaması və Ankaranın Vaşinqtonun regional maraqlarının bələdçisi olmaması şərti ilə müxtəlif bölgələrdə Rusiya - Türkiyə rəqabətinin mövcudluğunu normal qarşılayır, Ərdoğanla istənilən zaman masaya oturub anlaşmağın mümkün olduğunu bilir.


Putinin tərəflərin itkiləri barədə rəqəm açıqlaması o deməkdir ki, Rusiya hərbi kəşfiyyatı müharibəni çox yaxından izləyir və prezidentə müntəzəm raportlar təqdim edir. Putin bununla həm də tərəflərə “gözümüz üzərinizdədir” mesajını verir.


Ümumilikdə Putin rahat görünürdü. Sanki bu müharibənin necə nəticələnəcəyini bilir və ölkəsinin maraqlarına təhlükə olmadığına əmindir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?