Modern.az

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Aktual

25 Oktyabr 2020, 11:07

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 928 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 28 431  nəfərə, ölənlərin sayı 201 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 112 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 10 767 nəfərin sağaldığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır