Modern.az

“Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli

“Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli

26 Oktyabr 2020, 16:07

“ATƏT-in Minsk qrupunun ünvanına ölkə prezidentinin bugünkü çıxışında söylədiyi tənqid və iradlar acı həqiqətlərdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli deyib.

“Təəssüf olsun ki, torpaqların işğalından sonra mövcud olan bu vəziyyət ATƏT-in Minsk qrupunu əslində qane edib. Münaqişənin indiki mərhələsində isə onların tutduğu mövqe indi həm də təhlükəlidir. Çünki Azərbaycana da atəşkəsi dəvət edən bu dövlətlər həm də Ermənistana silah verir”,-Ə. Hüseynli əlavə edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu gün xala müraciəti zamanı Ermənistanı xilas etmək istəyində olan dövlətlərə də öz tövsiyəsini və mesajını aydın formada çatdırmış oldu.

“Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Prezident eyni zamanda, sərt formada ATƏT-in Minsk qrupunun həmsədrlərinə vasitəçilərin neytral olmaları ilə bağlı öhdəliyini də çatdırdı. Əslində bundan sonra ATƏT-in Minsk qrupu Qarabağ işğaldan azad olunduqdan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə düşünməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi