Modern.az

“Həmsədrlər Qarabağ münaqişəsini həll etmədilər” - Ərdoğan

“Həmsədrlər Qarabağ münaqişəsini həll etmədilər” - Ərdoğan

Aktual

28 Oktyabr 2020, 14:28

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, 30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar:

“Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.

Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətinə toxunan Rəcəb Tayyib Ərdoğan danışıq zamanı Qarabağ probleminin həlli yollarının müzakirə olunduğunu, nümayəndə heyətlərinin görüşünün təşkilinin vacibliyini vurğulandığını bildirib. O deyib:

“Bizi Suriyadan Azərbaycana xarici qüvvələrin gətirilməsində ittiham edirlər. Lakin 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən 600 dollar maaş qarşılığında Qarabağda döyüşür. Rusiya Prezidenti bundan xəbərsiz olduğunu bildirdi. Bunun üzərində dayanmaq, buna uyğun addımlar atmaq lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir